Pleyeri seçin:

"Qızıl Qaya"da kütləvi zəhərlənmə | Zərərçəkənlər nələr danışdı? - Baku TV

01 noyabr 2026

Paytaxtın Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 131 ünvanında yerləşən “Qızıl Qaya” restoranında kütləvi qida zəhərlənməsi baş verib.

Məlumata görə, restoranda keçirilən tədbirin iştirakçıları yeməkdən sonra özlərini pis hiss etməyə başlayıblar. 

Zərərçəkənlərdən biri hadisəni belə təsvir edib:

“Kababa qədər hər şey yaxşı idi. Kabab veriləndən sonra iştirakçıların halı pisləşdi. Dərhal administratora məlumat verdik. O isə iradımıza cavab olaraq bildirdi ki, onlarda heç bir problem yoxdur, hər şey qaydasındadır”.

Digər zərərçəkən isə toyuq ətindən gələn qoxuya diqqət çəkib:

“Ətdən yedim, heç nə hiss etmədim. Sonra toyuğu ağzıma yaxınlaşdıranda dedim ki, bundan iy gəlir. Düşündüm, yəqin ki, çoxlu ədviyyat vurublar, ona görə belədir. Bayıra çıxdım, gördüm, Gülnaz xanım divana uzanıb, halı pisdir. Dedi ki, zəhərlənib. Beş dəqiqə keçməmiş mənim də halım pisləşdi”.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən məlumata görə, hadisə ilə bağlı çağırış ünvanına üç təcili tibbi yardım briqadası göndərilib. Dörd qadın zəhərlənmə şübhəsi ilə Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Məhəmmədi Modul Tipli Xəstəxanaya yerləşdirilib.

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə bildirilib ki, hadisənin qeydə alındığı restoranda istifadə olunan qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Hazırda faktla bağlı araşdırma aparılır. Nəticələr barədə əlavə məlumat veriləcək.

Banner
Faciə: 42 yaşlı kişinin müəmmalı sonu | “Allaha and olsun, həmişə deyirdim ki...” - Baku TV

Faciə: 42 yaşlı kişinin müəmmalı sonu | “Allaha and olsun, həmişə deyirdim ki...” - Baku TV

Hadisə
31 oktyabr 2026
Mingəçevirdə qanlı hadisə | 42 yaşlı kişini canından edən nə oldu? - Baku TV CANLI

Mingəçevirdə qanlı hadisə | 42 yaşlı kişini canından edən nə oldu? - Baku TV CANLI

Hadisə
31 oktyabr 2026
“Bilmirəm ki, zəlzələ oldu, yoxsa...” | Əsrlərin yadigarı olan Abdallar kahası niyə çöküb? - Baku TV

“Bilmirəm ki, zəlzələ oldu, yoxsa...” | Əsrlərin yadigarı olan Abdallar kahası niyə çöküb? - Baku TV

Hadisə
31 oktyabr 2026
Astarada sürüşmə nəticəsində istinad divarı uçub | "Bizə vəd etdi ki, təmir edərik…" - Baku TV

Astarada sürüşmə nəticəsində istinad divarı uçub | "Bizə vəd etdi ki, təmir edərik…" - Baku TV

Hadisə
31 oktyabr 2026
Astarada sel fəlakət törətdi | Sakinlər qorxu içində - Baku TV CANLI

Astarada sel fəlakət törətdi | Sakinlər qorxu içində - Baku TV CANLI

Hadisə
30 oktyabr 2026
Pirşağıda baş verən qanlı hadisənin təfərrüatları məhkəmədə açıqlanıb - Baku TV CANLI

Pirşağıda baş verən qanlı hadisənin təfərrüatları məhkəmədə açıqlanıb - Baku TV CANLI

Hadisə
30 oktyabr 2026
Mehmanxanada hansı nöqsanlar aşkarlandı? | FHN tədbir gördü - ƏSAS XƏBƏR

Mehmanxanada hansı nöqsanlar aşkarlandı? | FHN tədbir gördü - ƏSAS XƏBƏR

Hadisə
30 oktyabr 2026
Şagirdlərin popkorndan zəhərlənməsi ilə bağlı iddia - 24 SAAT

Şagirdlərin popkorndan zəhərlənməsi ilə bağlı iddia - 24 SAAT

Hadisə
29 oktyabr 2026
Məktəbdə zəhərlənmə iddiası: Şagirdlərin popkorndan zəhərləndiyi iddia olunur - Baku TV

Məktəbdə zəhərlənmə iddiası: Şagirdlərin popkorndan zəhərləndiyi iddia olunur - Baku TV

Hadisə
29 oktyabr 2026
"O da sakit oğlan idi, bu da" | Çayxana qarşısındakı mübahisə qanla bitdi - Baku TV

"O da sakit oğlan idi, bu da" | Çayxana qarşısındakı mübahisə qanla bitdi - Baku TV

Hadisə
29 oktyabr 2026
Seçilmişlər
icon