Şabranda dəhşətə gətirən anlar | Sel maşını apardı, sürücü isə...
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şabran rayonunun Surra kəndi ərazisindən keçən çaya sel gəlməsi səbəbindən vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in Mətbuat Xidmətindən bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən intensiv yağışlar nəticəsində Dəvəçiçay çayına sel gəlməsi səbəbindən hərəkətdə olan avtomobilin çayda batdığı və vətəndaşın avtomobildə təhlükəli vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə təhlükəli vəziyyətdə qalan 1966-cı il təvəllüdlü Cəfərov İdayət Nemət oğlu xilas edilib.
#Sel suları teqi istifadə olunub
- "Su aparıb, tədbir görən yoxdur!" - Kənd sakinləri dəhşət yaşadı | "O dəfə balaca uşaq..." - Baku TV
- Masallıda sahələri su altında qalan fermerlər çətinliklə üzləşib - Baku TV
- Xıdırlıda yağışın fəsadları aradan qaldırıldı
- 25 min manatlıq ziyan dəyib... | Zaqatalada əkin sahələri sel suları altında qaldı
- Polisdən başqa heç kim kömək etmədi | Çaydan son anda xilas edilən şəxs danışdı
