Saxlanılan tiktokerlərlə bağlı yeni məlumat | Polis araşdırmalara davam edir
“TikTok”da əyləncə yarışları təşkil edən şəxslər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil edərək əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Vətəndaşların narazılığına səbəb olan “Emin Rəşad” və “Azər Zahid” adlı istifadəçilər tərəfindən “TikToker”lərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb.
Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “Emin Rəşad” adlı “TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, “Azər Zahid” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.
Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- DİN, Baş Prokurorluq və ANAMA Cəbrayıldakı hadisə barədə birgə məlumat yaydı - Baku TV CANLI
- Cəbrayıl rayonunda mina partladı | 1 nəfər xəsarət alıb - Baku TV
- Özəlləşdirmə çekləri üzrə kompensasiya xəbərləri saxtadır | DİN və MEDİA xəbərdarlıq etdi - Baku TV
- "Bu dövrdə fırıldaqçılar çoxdur" | Dənizə qədər uzanan dələduzluq - Baku TV
- "1xBet" vasitəsilə qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Baku TV
