Pleyeri seçin:

Səhiyyə Nazirliyinin şöbə müdirləri rüşvətə görə həbs edildi

27 dekabr 2024 502 baxış

Qanunsuz tibbi fəaliyyətə şərait yaradılması müqabilində rüşvət almaqda şübhəli bilinən vəzifəli şəxslər ifşa edilib.

Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Səhiyyə Nazirliyinin birgə məlumatında deyilir.

Məlumata görə, əhalinin sağlamlığının qorunması və tibbi yardımın göstərilməsi sahəsində qanunsuz halların qarşısının alınması, habelə aşkar edilmiş belə faktlara qarşı mübarizə istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Səhiyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.

Bununla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Rüstəmova Səidə Nurəddin qızının qabaqcadan əlbir olduğu əvvəllər həmin Nazirliyin İctimai Səhiyyə və islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Cabbarova Lətafət Kərim qızı və korrupsiya şəbəkəsinin digər üzvləri ilə birgə qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi, onların tibbi və ya əczaçılıq fəaliyyəti ilə, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olma hüququ verən sertifikasiya imtahanlarına buraxılmasına icazələrin verilməsi, saxta məqbul qiymətləndirmə ilə müvafiq sertifikatlarla təmin olunması və digər bu kimi sui-istifadə hallarına yol verməsi müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə bir sıra vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlarla iş üçün əhəmiyyət kəsb edən sübutlar əldə edilərək götürülüb.

Həmin faktlarla bağlı Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdar rüşvət alma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Toplanmış sübutlar əsasında Səidə Rüstəmova və Lətafət Cabbarovaya Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qanunsuz əməllərin törədilməsində iştirak edən digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.

Banner
İşdə qanlı hesablaşma | Abşeronda direktor müavini xəstəxananın önündə bıçaqlandı - Baku TV

İşdə qanlı hesablaşma | Abşeronda direktor müavini xəstəxananın önündə bıçaqlandı - Baku TV

Hadisə
08 oktyabr 2026 502 baxış
"Kimsə sağ qala bilər?!" | Nəsimidə “göydən daş yağır?” | “Dedi, niyə narahat edirsiniz?!” - Baku TV

"Kimsə sağ qala bilər?!" | Nəsimidə “göydən daş yağır?” | “Dedi, niyə narahat edirsiniz?!” - Baku TV

Hadisə
08 oktyabr 2026 502 baxış
Bakıda sakinləri qorxuya salan hadisə baş verdi - Baku TV CANLI

Bakıda sakinləri qorxuya salan hadisə baş verdi - Baku TV CANLI

Hadisə
08 oktyabr 2026 502 baxış
"AID Group" ilə bağlı istintaq işində son vəziyyət - Baku TV

"AID Group" ilə bağlı istintaq işində son vəziyyət - Baku TV

Hadisə
08 oktyabr 2026 502 baxış
Münasibəti bərpa etmək istəmədi, canından oldu | Xəzər rayonunda dəhşətli qətl - Baku TV

Münasibəti bərpa etmək istəmədi, canından oldu | Xəzər rayonunda dəhşətli qətl - Baku TV

Hadisə
07 oktyabr 2026 502 baxış
Xəzər rayonunda dəhşətə gətirən qətl hadisəsinin detalları - Baku TV CANLI

Xəzər rayonunda dəhşətə gətirən qətl hadisəsinin detalları - Baku TV CANLI

Hadisə
07 oktyabr 2026 502 baxış
Qeysəriyyə əməliyyatı olunan qadın həyatını itirdi - Baku TV

Qeysəriyyə əməliyyatı olunan qadın həyatını itirdi - Baku TV

Hadisə
07 oktyabr 2026 502 baxış
Qeysəriyyə əməliyyatı olunan qadın həyatını itirdi - 24 SAAT

Qeysəriyyə əməliyyatı olunan qadın həyatını itirdi - 24 SAAT

Hadisə
06 oktyabr 2026 502 baxış
“Söhbət toyda başlayıb, nə olubsa...” | 17 yaşlı şagird 20 yaşlı oğlanı niyə bıçaqladı? - Baku TV

“Söhbət toyda başlayıb, nə olubsa...” | 17 yaşlı şagird 20 yaşlı oğlanı niyə bıçaqladı? - Baku TV

Hadisə
06 oktyabr 2026 502 baxış
Qazaxda 17 yaşlı yeniyetmə 20 yaşlı gənci niyə bıçaqladı? - Baku TV CANLI

Qazaxda 17 yaşlı yeniyetmə 20 yaşlı gənci niyə bıçaqladı? - Baku TV CANLI

Hadisə
06 oktyabr 2026 502 baxış
Seçilmişlər
icon