Pleyeri seçin:
Şəmkirdə dəhşətli yol qəzası | BDYPİ hadisə barədə təcili məlumat yaydı
Avqustun 7-də Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən verilən açıqlamaya görə, hadisə “Mercedes Sprinter” markalı mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində baş verib.
Fakt üzrə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Hadisənin hansı səbəbdən baş verməsi müvafiq araşdırmalardan sonra müəyyən ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Kopyalandı
#Şəmkir teqi istifadə olunub
- Şəmkirdə dəhşətli hadisə | Ehtiyatsızlıq yeniyetmənin həyatına son qoydu
- Şəmkirdə baş verən qətlin yeni detalları məlum oldu - CANLI
- "Xəyanət olub, videosu var, gündə bir maşınla..." | Şəmkirdə qadının qətli ilə bağlı detallar
- Şəmkirdə dəhşət | Qadın qətlə yetirildi, əri saxlanıldı
- “Şəmkirdə ailə faciəsi“ | Qonaq getdi, geri dönə bilmədi!
