Şəmkirdə dostların davası ölümlə bitdi | Qandonduran hadisənin detalları
Şəmkirdə dostlar arasında ölümlə nəticələnən insident baş verib.
Rayon mərkəzində yerləşən kafelərdən birində gecə saat 01:00 radələrində istirahət edən Anar Süleymanov və Xudat Məmmədov arasında mübahisə yaşanıb, onlar bir-birilərinə bıçaqla xəsarətlər yetiriblər.
Hadisə zamanı onları ayırmağa çalışan daha bir nəfər də bıçaq xəsarətləri alıb. Hər üç yaralı xəstəxanaya çatdırılıb. Bu zaman Anar Süleymanovun dünyasını dəyişdiyi məlum olub.
“Sözügedən kafedə onlar həmişə yığışır, çay süfrəsində otururlar. Bir-biriləri ilə yaxın münasibətləri olub. Aralarında nə problem yaşanıbsa, bir-birilərini vurublar”, – deyə Şəmkir sakini söyləyib.
Şəmkir Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, noyabrın 9-da 1986-cı və 1991-ci il təvəllüdlü iki nəfər bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş yaraları ilə Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub. Onlara ilkin tibbi yardım göstərilərək Cərahiyyə şöbəsinə köçürülüblər.
Faktla bağlı araşdırma aparılır.
#Şəmkir teqi istifadə olunub
- Şəmkirdə dəhşətli hadisə | Oğul anasını amansızlıqla qətlə yetirdi - Baku TV
- Şəmkirdə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb - Baku TV
- Şəmkirdə qandonduran ailə faciəsi | "Deyib, ata, icazə ver, onlarla gedim" - Baku TV
- Bir qaşığı ilə "möcüzə yaradan" xırnik bəhməzi görün necə hazırlanır? - Baku TV
- Şəmkirdə dəhşətli hadisə | Ehtiyatsızlıq yeniyetmənin həyatına son qoydu
