Pleyeri seçin:

"Sən evi necə tikə bilərsən, uşaqsan..." - Qardaşoğlu 3 ailəni 30 illik evdən necə çıxardı?

19 oktyabr 2026 75 baxış

Bakının Binəqədi rayonu, “Xutor” yaşayış massivində üç ailə mülkiyyət mübahisəsi ilə üzləşib.

Ümumilikdə 12 nəfərdən ibarət ailələr iddia edir ki, 37 ildir yaşadıqları evdən çıxarılıblar. Onların sözlərinə görə, evin sənədləri yaxın qohumlarının adına rəsmiləşdirilib.

Şikayətçi Nazim Qarayev bildirir ki, evi öz vəsaiti hesabına tikib və uzun illər ailəsi ilə birlikdə orada yaşayıb.

Onun sözlərinə görə, 2003-cü ildə atasının xahişi ilə evin sənədlərinin qardaşı oğlunun adına rəsmiləşdirilməsinə razılıq verib. Lakin bir neçə il əvvəl qardaşı oğlu evin özünə məxsus olduğunu bildirərək onları oradan çıxaracağını deyib.

Vətəndaş iddia edir ki, evin tikintisində onun əməyi olub, kommunal xərcləri də özü ödəyib.

Qonşuların da bu faktları təsdiqləyə biləcəyini bildirən şikayətçi hazırda ailə üzvlərinin müxtəlif yerlərdə qalmağa məcbur olduğunu deyir.

Baku TV-nin çəkiliş qrupu məsələ ilə bağlı araşdırma aparmaq üçün mübahisəli ünvana yollanıb. Çəkiliş zamanı evdə təmir işlərinin aparıldığı, ev sahibinin isə ərazidə olmadığı bildirilib.

Müxbir iddia olunan ev sahibi ilə danışmağa çalışarkən tərəflər arasında gərginlik yaşanıb. Jurnalist çəkiliş zamanı onlara qarşı zor tətbiq edildiyini və qapının bağlanması səbəbindən evdən çıxa bilmədiklərini bildirib.

Kopyalandı
Banner
İmişlidə minik avtomobilinin aşması nəticəsində bir nəfər həyatını itirib - ƏSAS XƏBƏR

İmişlidə minik avtomobilinin aşması nəticəsində bir nəfər həyatını itirib - ƏSAS XƏBƏR

Hadisə
20 oktyabr 2026 75 baxış
Süni kürü, düzgün saxlanılmayan ət... | Bakıda şadlıq sarayının mətbəxində yoxlama - Baku TV

Süni kürü, düzgün saxlanılmayan ət... | Bakıda şadlıq sarayının mətbəxində yoxlama - Baku TV

Hadisə
20 oktyabr 2026 75 baxış
5 uşaq atası olan vəzifəli şəxs barədə dəhşətli xəbər

5 uşaq atası olan vəzifəli şəxs barədə dəhşətli xəbər

Hadisə
20 oktyabr 2026 75 baxış
Şamaxıda 2 ay əvvəl vəzifəyə təyin edilən şəxslə bağlı dəhşətli xəbər - Baku TV CANLI

Şamaxıda 2 ay əvvəl vəzifəyə təyin edilən şəxslə bağlı dəhşətli xəbər - Baku TV CANLI

Hadisə
20 oktyabr 2026 75 baxış
Şamaxıda dəhşət | 2 ay öncə idarə rəisi təyin edilən Vüsal İbrahimov niyə öldü? - Baku TV

Şamaxıda dəhşət | 2 ay öncə idarə rəisi təyin edilən Vüsal İbrahimov niyə öldü? - Baku TV

Hadisə
20 oktyabr 2026 75 baxış
Həyat yoldaşını 23 bıçaqla öldürtdürən Əzizə Seyidovaya ağır cəza - Baku TV

Həyat yoldaşını 23 bıçaqla öldürtdürən Əzizə Seyidovaya ağır cəza - Baku TV

Hadisə
20 oktyabr 2026 75 baxış
Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - 24 SAAT

Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - 24 SAAT

Hadisə
19 oktyabr 2026 75 baxış
Dövlət əleyhinə çağırış edənlər qlobal axtarışa verildi - Baku TV

Dövlət əleyhinə çağırış edənlər qlobal axtarışa verildi - Baku TV

Hadisə
19 oktyabr 2026 75 baxış
Aktyor olmaq istəyənlər nə ilə üzləşib? | "Devin Media" ətrafında səslənən dələduzluq iddiası

Aktyor olmaq istəyənlər nə ilə üzləşib? | "Devin Media" ətrafında səslənən dələduzluq iddiası

Hadisə
19 oktyabr 2026 75 baxış
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxalayıb - Baku TV

DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxalayıb - Baku TV

Hadisə
19 oktyabr 2026 75 baxış
Seçilmişlər
icon