Hadisə
Pleyeri seçin:

Sevgilisi və atasını maşında yaxaladı, ömürlük məhkuma çevrildi - SONUNCU ŞAHİD

10 noyabr 2023

Kişi xəyanətə uğradığını zənn edərək sevgilisini və onun atasını qətlə yetirib.

Belə ki, Rəsul (Adlar şərtidir) və Ülkər ortaq dostlarının məclisində tanış olub, daha sonradan bir-birilərini bəyənib və seviblər. Ülkər gözəllik salonlarının birində işləyir və kirayə mənzildə yaşayırdı. Rəsul isə bir neçə ildir ki, kiçik bizneslə məşğul olurdu və şəxsi evi var idi.

Rəsul demək olar ki, hər gün telefonda Ülkərin sosial şəbəkə hesabındakı fotolarına baxır, ağlına xəyanət, yalan və olmazın fikirlər gəlirdi. Rəsulun xasiyyətcə qısqanc olması Ülkərə məlum olsa da, onun barəsində nə düşündüyündən xəbərsiz idi.

Hadisə baş verən gün Rəsul bütün işlərini atıb Ülkəri görmək üçün onun işlədiyi yerə getmək qərarına gəlir. Rəsul avtomobili ilə Ülkərin iş yerinə doğru yollanarkən onu yoxlamaq üçün zəng etmək, sanki heç nə baş verməyib kimi sınamaq fikrinə düşür və bununla da hər şeyi ifşa etmək istəyir.

Ülkər Rəsuldan gizlətsə də, çox vacib bir görüşə gedirdi. Amma eyni zamanda bilmirdi ki, Rəsul artıq onun yalan dediyini bilir və hər addımını maşınla izləyir.

Şəhərin mərkəzindəki kafelərdən birini işlədən atasının yanına gələn Ülkər bir vaxtlar ona hədiyyə üçün söz verdiyi evi görmək istədiyini deyir. Daha sonra onlar birlikdə evə baxmağa gedirlər.

Beləliklə, Rəsul Vəfadar və Ülkərin restorandan çıxıb maşına minməsini görən zaman sanki dəliyə dönür və əsəblərinə hakim ola bilmir. Düşüncələrində artıq yad bir kişi ilə onu aldadan Ülkər formalaşmışdı.

Vəfadar Ülkəri ona bir ata olaraq söz verdiyi mənzili göstərməyə apararkən Rəsul küçə-küçə, məhəllə-məhəllə onları izləyirdi. Ülkərə arabir zəng edir, onunla əlaqəsiz söhbətlər edir, gərginliyini daha çox nifrətə çevirir, ağlasığmaz hərəkətlərini etmək üçün uyğun zamanı gözləyirdi.

O an gəlib çatır, Rəsul öz avtomobilini Vəfadarın və Ülkərin əyləşdiyi avtomobilə çırpır. Bu vaxt Vəfadar avtomobili saxlasa da, həm Vəfadar, həm də Ülkər xəsarət alırlar.

Rəsul Vəfadarın avtomobilini vurduqdan sonra əvvəldən üzərində gətirdiyi bıçağı götürərək Ülkərə tərəf gedir və ard-arda həm ona, həm də atasına bir neçə zərbə endirərək hər ikisini qətlə yetirir. Daha sonra hadisə yerindən qaçır.

Üstündən bir müddət keçdikdən sonra isə könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olur.

Camaat bu yolu görüb geri qayıdır... | Quba sakinləri çıxılmaz vəziyyətdə qaldı

Camaat bu yolu görüb geri qayıdır... | Quba sakinləri çıxılmaz vəziyyətdə qaldı

Hadisə
26 iyul 2024
Narkotacirlərin planı belə pozuldu | Əməliyyatdan anbaan görüntülər

Narkotacirlərin planı belə pozuldu | Əməliyyatdan anbaan görüntülər

Hadisə
26 iyul 2024
Bakıda qanunsuz miqrasiyaya qarşı əməliyyat keçirildi

Bakıda qanunsuz miqrasiyaya qarşı əməliyyat keçirildi

Hadisə
26 iyul 2024
Yeni Qaladakı dəhşətli hücumla bağlı DİN-dən təcili məlumat

Yeni Qaladakı dəhşətli hücumla bağlı DİN-dən təcili məlumat

Hadisə
26 iyul 2024
Bakıda film kimi hadisə | Satıcıya edilən dəhşətli hücumun detalları

Bakıda film kimi hadisə | Satıcıya edilən dəhşətli hücumun detalları

Hadisə
26 iyul 2024
Xəzərdə qanunsuz əməllər törədənlər ifşa olundu | DİN-dən məlumat

Xəzərdə qanunsuz əməllər törədənlər ifşa olundu | DİN-dən məlumat

Hadisə
26 iyul 2024
Maşının içində sıxılı qalan qadının xilas anı | Lənkəranda ağır qəza

Maşının içində sıxılı qalan qadının xilas anı | Lənkəranda ağır qəza

Hadisə
26 iyul 2024
Lerik rayonunda zəlzələ baş verdi

Lerik rayonunda zəlzələ baş verdi

Hadisə
26 iyul 2024
İmişlidə idarəetməni itirən yanacaq daşıyan maşın aşdı | Yaralananlar var

İmişlidə idarəetməni itirən yanacaq daşıyan maşın aşdı | Yaralananlar var

Hadisə
26 iyul 2024
Xidməti otağında vəfat edən məmurun ölüm səbəbi nədir? | Kürdəmirdə bədbəxt hadisə

Xidməti otağında vəfat edən məmurun ölüm səbəbi nədir? | Kürdəmirdə bədbəxt hadisə

Hadisə
26 iyul 2024
Seçilmişlər
icon