Pleyeri seçin:
Su nasosunu düzəldərkən havasızlıqdan boğuldu
Naxçıvanda su quyusundakı nasosu düzəltmək cəhdi 1 nəfərin həyatı bahasına başa gəlib.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ordubad rayonunun Dəstə kəndində 1 nəfərin meyitinin su quyusundan çıxarılmasına kömək göstərilməsi üçün müraciət daxil olub.
Məlum olub ki, kənd sakini Ağayev Həsən Ağa oğlu həyətdəki quyuya su nasosunu düzəltmək üçün endiyi zaman hava çatışmazlığından həyatını itirib.
Müraciətlə əlaqədar Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində H.Ağayevin meyiti su quyusundan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Kopyalandı
#Ordubad teqi istifadə olunub
- Oğlunun ölüm xəbərinə dözməyən ana rəhmətə getdi | Naxçıvanda faciə - Baku TV CANLI
- Oğlunun ölüm xəbərinə ana ürəyi tab gətirmədi | Naxçıvanda faciəvi hadisə - Baku TV
- Ordubadda Novruz bayramı belə qeyd edilir - Baku TV
- Naxçıvan dəmir yolunun Ermənistanla sərhədində tikintiyə başlanıldı - Baku TV CANLI
- Maşın aşandan sonra... | Kənd sakinləri dəhşətli hadisədən danışdı
