Hadisə
Pleyeri seçin:

Sumqayıtda qadınlar nədən zəhərləndi? - Şirkətdən hadisə barədə açıqlama

25 iyun 2024

Sumqayıtda zəhərlənmə hadisəsi baş verib. Hadisə 76-cı məhəllədə yerləşən müəssisələrdən birində qeydə alınıb.

Belə ki, müəssisədə həşərat əleyhinə dezinfeksiya işləri aparılarkən 7 qadın zəhərlənib. Onlar dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

TƏBİB-dən verilən məlumata görə, həmin şəxslərə inhalyasiyon zəhərlənmə diaqnozu təyin edilib və zəruri tibbi yardımlar göstərilib:

“Onlardan 2 nəfər (1981-ci il təvəllüdlü şəxslər) Kliniki Tibbi Mərkəzə təxliyə olunublar. Digər şəxslər isə göstərilən tibbi yardımlardan sonra ambulator müalicə üçün evə buraxılıblar”.

Hadisə ilə bağlı sözügedən müəssisə də açıqlama yayıb. Qeyd olunub ki, sahələrdə zərərverici həşəratlara qarşı mübarizə məqsədilə dərmanlama işləri aparılıb:

“İşçilərin təhlükəsizliyini nəzərə alaraq dərmanlama prosesi iyunun 23-də, qeyri-iş günündə həyata keçirilib. İyunun 24-də iş saatı başlamadan əvvəl müvafiq şəxslər tərəfindən sahəyə baxış keçirilib. Xüsusi təhlükəsizlik tədbirləri görüldükdən sonra əməkdaşlar sahəyə buraxılıb. Bəzi əməkdaşlar dərmanların təsirinə məruz qalıb və onlarda başgicəllənmə müşahidə olunub. Özlərini pis hiss edən əməkdaşlar xəstəxanaya aparılıb. Onların bütün tibbi xərclərini müəssisə qarşılayıb. Gələcəkdə bu cür halların baş verməməsi üçün tədbirlər görülür”.

İran vətəndaşları sərhədi niyə pozdu? - Dəstə barədə qərar

İran vətəndaşları sərhədi niyə pozdu? - Dəstə barədə qərar

Hadisə
28 iyun 2024
Bakıda daha bir dəhşətli qətl | Hadisə barədə təfərrüatlar

Bakıda daha bir dəhşətli qətl | Hadisə barədə təfərrüatlar

Hadisə
28 iyun 2024
İsmayıllı sakinləri yaşadıqları dəhşəti danışdı | Səhərə kimi yatmamışıq

İsmayıllı sakinləri yaşadıqları dəhşəti danışdı | Səhərə kimi yatmamışıq

Hadisə
28 iyun 2024
200 min dollarlıq qaçaqmalçılıq belə ifşa olundu | DSX-dən məlumat

200 min dollarlıq qaçaqmalçılıq belə ifşa olundu | DSX-dən məlumat

Hadisə
28 iyun 2024
Biləsuvarda faciəvi qəza | Hadisə yerindən anbaan görüntülər

Biləsuvarda faciəvi qəza | Hadisə yerindən anbaan görüntülər

Hadisə
28 iyun 2024
Qanunsuz miqrasiyaya qarşı əməliyyat | DİN görüntülər yaydı

Qanunsuz miqrasiyaya qarşı əməliyyat | DİN görüntülər yaydı

Hadisə
28 iyun 2024
Qaradağda qumbara və partladıcı həyəcanı | FHN-dən anbaan görüntülər

Qaradağda qumbara və partladıcı həyəcanı | FHN-dən anbaan görüntülər

Hadisə
28 iyun 2024
İsmayıllı - Lahıc yolunda son vəziyyət | Sakinlərə xəbərdarlıq edildi

İsmayıllı - Lahıc yolunda son vəziyyət | Sakinlərə xəbərdarlıq edildi

Hadisə
28 iyun 2024
Bütün təsərrüfatım məhv oldu | Selin ziyan vurduğu Astara sakinləri danışdı

Bütün təsərrüfatım məhv oldu | Selin ziyan vurduğu Astara sakinləri danışdı

Hadisə
28 iyun 2024
Güclü sel Hacıqabulu bu hala saldı | FHN təcili hərəkətə keçdi

Güclü sel Hacıqabulu bu hala saldı | FHN təcili hərəkətə keçdi

Hadisə
28 iyun 2024
Seçilmişlər
icon