Pleyeri seçin:
Sumqayıtda zavodda baş verən yanğın söndürüldü
Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen Zavodunda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən söndürülüb.
Yanğınsöndürmə qüvvələrinin çağırış üzrə hadisə yerinə operativ çatması və peşəkar fəaliyyəti sayəsində yanacaq çənindəki yanğının mümkün partlayışla nəticələnməsi və digər çənlərə keçərək ağır fəsadların yaranmasına imkan verilməyib.
Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatında ümumilikdə 25 ədəd texnika və 135 nəfərə yaxın canlı qüvvə iştirak edib. Əməliyyata rəhbərliyi DYMX-nin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov edib.
Kopyalandı
#Sumqayıt teqi istifadə olunub
- Sumqayıtda ölümlə nəticələnən hadisə | Hərbçi həlak oldu - Baku TV CANLI
- “Kafedən qayıdanda vurub” | Sumqayıt sakinləri dəhşətli hadisəni anbaan danışdı - Baku TV
- Yararsız yollar, qaranlıq küçələr | Problem niyə həll edilmir? - Baku TV CANLI
- “Adamın ağlamağı gəlir” | Sakinlər imdad dilədi | “Çörək almaq üçün 5 küçə keçirəm” - Baku TV
- FHN Neft Təhvili Sahəsində şərti yanğının söndürülməsi əməliyyatını icra edib - Baku TV
