Tanınmış meyxanaçının ailəsində itki | Lənkəranda bədbəxt hadisə
İyunun 4-ü səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Perinatal Mərkəzində uşaq ölümü qeydə alınıb.
Ailənin sözünə görə, qeysəriyyə yolu ilə dünyaya gələn uşaqda heç bir problem olmayıb. Ancaq bir neçə saatdan sonra onun ölüm xəbəri verilib.
Yeni doğulan körpənin ölümü ilə bağlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasından da münasibət bildirilib.
Qeyd edilib ki, ikinci hamiləliyi olan və ikinci dəfə qeysəriyyə əməliyyatı olması planlaşdırılan 1993-cü il təvəllüdlü qadın iyunun 3-də, hamiləliyinin 38-ci həftəsində gündüz saatlarında Lənkəran Rayon Perinatal Mərkəzə müraciət edib.
Məlumata görə, hamilə bütün lazımi müayinələrdən keçirilib: “Qadın saat 21:15-də planlı əməliyyat məqsədilə Doğum şöbəsinə daxil olub. İyunun 4-də saat təqribən 07:30-da müalicə həkimi dölün ürək vurğularını eşitmədiyi üçün əməliyyata alıb, döl ölü doğulub. Hazırda ananın vəziyyəti qənaətbəxşdir. Əməliyyatdan sonrakı nəzarət Reanimasiya şöbəsində davam etdirilir”.
Ölümün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra bilinəcək.
Qeyd edək ki, körpənin atası Oruc Əhmədzadə Lənkəranda Oruc Bayramsəs kimi tanınan meyxana ustasıdır.
#Lənkəran teqi istifadə olunub
- Dron hücumunun qurbanı olan Lənkəran sakini dəfn olundu - Baku TV
- Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT
- “Qızımı izləyib, blokda vurub, oğlunu da...” | Qandonduran hadisə | “Uşağı 3-4 yerdən...” - Baku TV
- Lənkəranda dəhşətə gətirən hadisə | Gənc ana və oğlu bıçaqlandı - Baku TV CANLI
- “Xeyli ziyan vurdu bizə” | Lənkəranda dolu və güclü külək ağır fəsadlar törətdi - Baku TV
