Pleyeri seçin:

Təklif etdi ki, bir butulka da alıb içək... | Məşhur çörək zavodunda qandonduran qətl

26 avqust 2024 604 baxış

"Bakıxanov" çörək zavodunda iş yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Elşən Məmmədovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı Vüsal Mehrəliyev ittiham aktını elan edib. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittihamla özünü qismən təqsirli bilib.

Daha sonra məhkəmədə sərbəst ifadə verən Elşən Məmmədov mərhumu qətlə yetirmək fikrində olmadığını bildirərək, hadisəni sərxoş halda, anlaqsız vəziyyətdə törətdiyini deyib.

Elşən Məmmədov hadisəni törətdikdən sonra könüllü polisə təslim olub. Məhkəmədə ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi Tahir Salamzadə isə təqsirləndirilən şəxsin yanlış ifadə verdiyini deyib.

Məhkəmənin növbəti iclası sentyabrın 6-na təyin edilib.

Qeyd edək ki, hadisə 2024-cü ilin aprelində paytaxtın Sabunçu rayonunda baş verib. Belə ki, Bakıxanov qəsəbəsində 1990-cı il təvəllüdlü Etibar Salamzadə işlədiyi "Bakıxanov" çörək zavodunda iş yoldaşı Elşən Məmmədovla mübahisə edib. Daha sonra hər iki şəxs zavoddan çıxaraq küçədə əlbəyaxa dava ediblər. Elşən Məmmədov Etibar Salamzadəyə bıçaq zərbələri endirib. Etibar Salamzadə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Elşən Məmmədov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.

Beyləqanda 19 yaşlı gənc kanalda batdı | Araşdırma aparılır - Baku TV

Beyləqanda 19 yaşlı gənc kanalda batdı | Araşdırma aparılır - Baku TV

Hadisə
08 avqust 2026 604 baxış
İmişlidə traktor sürücüsü ağır qəza törətdi | Velosiped sürən uşaq həyatından oldu - Baku TV

İmişlidə traktor sürücüsü ağır qəza törətdi | Velosiped sürən uşaq həyatından oldu - Baku TV

Hadisə
08 avqust 2026 604 baxış
Sabunçuda 70 min manatlıq oğurluq | DİN əməliyyat keçirdi - Baku TV

Sabunçuda 70 min manatlıq oğurluq | DİN əməliyyat keçirdi - Baku TV

Hadisə
08 avqust 2026 604 baxış
Tovuzda dəhşət: 28 yaşlı gənc bibisini qətlə yetirdi - Baku TV

Tovuzda dəhşət: 28 yaşlı gənc bibisini qətlə yetirdi - Baku TV

Hadisə
08 avqust 2026 604 baxış
Elektrik naqillərini oğurlayan şəxs tutuldu - Baku TV

Elektrik naqillərini oğurlayan şəxs tutuldu - Baku TV

Hadisə
07 avqust 2026 604 baxış
Laçında baş verən yanğın FHN əməkdaşları tərəfindən söndürülüb - Baku TV

Laçında baş verən yanğın FHN əməkdaşları tərəfindən söndürülüb - Baku TV

Hadisə
07 avqust 2026 604 baxış
Tovuzda 28 yaşlı gənc bibisinin həyatına son qoydu - 24 SAAT

Tovuzda 28 yaşlı gənc bibisinin həyatına son qoydu - 24 SAAT

Hadisə
07 avqust 2026 604 baxış
Rüşvət almaqda ittiham olunan şəxslər məhkəmədə - ANA XƏBƏR

Rüşvət almaqda ittiham olunan şəxslər məhkəmədə - ANA XƏBƏR

Hadisə
07 avqust 2026 604 baxış
Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslərin əməlləri üzə çıxdı - Baku TV

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslərin əməlləri üzə çıxdı - Baku TV

Hadisə
07 avqust 2026 604 baxış
Məşhur tiktoker "Arzum"un növbəti məhkəməsi keçirildi - Baku TV CANLI

Məşhur tiktoker "Arzum"un növbəti məhkəməsi keçirildi - Baku TV CANLI

Hadisə
07 avqust 2026 604 baxış
Seçilmişlər
icon