Pleyeri seçin:
Toy karvanında təhlükə yaradan avtoxuliqan saxlanıldı
Göyçayda toy karvanında avtoxuliqanlıq edən və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, rayon sakini Qəzənfər Əmirov idarə etdiyi “Lexus” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib. Sonradan isə həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Qəzənfər Əmirov sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunub.
Kopyalandı
#Göyçay teqi istifadə olunub
- "Soruşan yoxdur ki, satırsınız?" | Nar bağlarındakı xəstəlik səbəbi nədir? - Baku TV
- Məşhur Göyçay narını xəstəlik vurdu: bu il nar tapmaq çətin olacaq? - Baku TV CANLI
- Göyçayda güclü yanğın | 3 ailənin yaşadığı ev külə döndü - Baku TV
- Göyçayda dəhşətli yanğın | Ev sahibinə 100 mindən çox ziyan dəydi - Baku TV CANLI
- “Övladlarımız hər an təhlükədədir” | Sakinlər təşvişdə | “Yaxşı ki, heç kəsin başına...” - Baku TV
