Pleyeri seçin:

Valideynlərdən fırıldaqçılıqla xeyli pul alan şəxs ifşa edildi

06 fevral 2024 757 baxış

Hərbi xidmətdən qanunsuz yayınma hallarına qarşı kompleks mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, müddətli həqiqi hərbi xidmətdən yayınmaq məqsədilə ali təhsil almaq barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinə təqdim edilməsi üçün saxta arayışlar hazırlayan şəxsin qanunsuz əməlləri ifşa edilib.

Belə ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma zamanı Xəlilov Fuad Elçin oğlu tərəfindən 2023-cü ildə müddətli hərbi xidmət keçməkdən yayınmalarına köməklik göstərilməsi məqsədilə 2 nəfər Qəbələ rayon sakininin guya Türkiyə Respublikasının Sakarya Universitetində təhsil almalarına dair saxta sənədlər hazırlaması və bunun müqabilində həmin şəxslərin valideynlərindən müxtəlif vaxtlarda ümumilikdə 6300 manat pul almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Baş İdarədə Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 320.1-ci (rəsmi sənədi qanunsuz hazırlama və satma) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Banner
"Baksol"da gəncin kanalizasiyaya düşərək ölməsində təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV

"Baksol"da gəncin kanalizasiyaya düşərək ölməsində təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV

Hadisə
19 noyabr 2026 757 baxış
SSRİ bayrağı ilə yürüşə cəhd edənlər barəsində hansı qərar verildi? - Baku TV

SSRİ bayrağı ilə yürüşə cəhd edənlər barəsində hansı qərar verildi? - Baku TV

Hadisə
19 noyabr 2026 757 baxış
BDU-nun dosenti Nərman Süleymanov faciəvi şəkildə vəfat etdi - Baku TV

BDU-nun dosenti Nərman Süleymanov faciəvi şəkildə vəfat etdi - Baku TV

Hadisə
19 noyabr 2026 757 baxış
Badamdar sakinləri təşviş içində | Sürüşmə baş verən ərazidə yaşamaq risklidir - Baku TV

Badamdar sakinləri təşviş içində | Sürüşmə baş verən ərazidə yaşamaq risklidir - Baku TV

Hadisə
19 noyabr 2026 757 baxış
Paytaxtda törədilən qətllə bağlı yeni və diqqətçəkən məlumatlar məlum olub - Baku TV

Paytaxtda törədilən qətllə bağlı yeni və diqqətçəkən məlumatlar məlum olub - Baku TV

Hadisə
19 noyabr 2026 757 baxış
Dələduzluqda ittiham olunan şəxs niyə həbsə göndərilmədi? - Baku TV

Dələduzluqda ittiham olunan şəxs niyə həbsə göndərilmədi? - Baku TV

Hadisə
19 noyabr 2026 757 baxış
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatın nəticələri açıqlanıb - Baku TV

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatın nəticələri açıqlanıb - Baku TV

Hadisə
19 noyabr 2026 757 baxış
Bakıda marketdə arvadını döyən kişi ilə bağlı məhkəmə qərar verdi - Baku TV

Bakıda marketdə arvadını döyən kişi ilə bağlı məhkəmə qərar verdi - Baku TV

Hadisə
18 noyabr 2026 757 baxış
Bakıdakı qandonduran qətlin təfərrüatı

Bakıdakı qandonduran qətlin təfərrüatı

Hadisə
18 noyabr 2026 757 baxış
23 yaşlı Gülarənin qətli barədə dəhşətə gətirən detallar - Baku TV CANLI

23 yaşlı Gülarənin qətli barədə dəhşətə gətirən detallar - Baku TV CANLI

Hadisə
18 noyabr 2026 757 baxış
Seçilmişlər
icon