Hadisə
Pleyeri seçin:

Xocalıda yeni tapılan insan qalıqları barədə dəhşətli faktlar

01 mart 2024

Xocalıda aşkar edilmiş kütləvi məzarlıqdan daha 5 nəfərin qalıqları tapılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

İşğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.

Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində bu gün daha 5 nəfərə aid insan qalıqları aşkar edilib, bununla da kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 10 nəfər şəxsə (onlardan 2 nəfərin yetkinlik yaşına çatmayan olması ehtimal edilir) məxsus olması, onların qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalması müəyyən edilib.

Aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda ərazidə basdırılmış insan qalıqlarının tam müəyyən olunması istiqamətində Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlarla birgə hadisə yerinin müayinəsi davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

Bakıda dəhşətə gətirən hücum | Saxlanılan şəxs barədə DİN-dən açıqlama

Bakıda dəhşətə gətirən hücum | Saxlanılan şəxs barədə DİN-dən açıqlama

Hadisə
20 may 2024
Cəlilabadda bıçaqlanma hadisəsi | Saxlanılanlar var

Cəlilabadda bıçaqlanma hadisəsi | Saxlanılanlar var

Hadisə
20 may 2024
Şamaxıda sel həyatı iflic etdi

Şamaxıda sel həyatı iflic etdi

Hadisə
20 may 2024
Ağsuda yolun çökməsi nəqliyyatın hərəkətində problemlər yaratdı

Ağsuda yolun çökməsi nəqliyyatın hərəkətində problemlər yaratdı

Hadisə
20 may 2024
Bakıda iki avtobus bir-biri ilə toqquşdu

Bakıda iki avtobus bir-biri ilə toqquşdu

Hadisə
20 may 2024
Ər həyat yoldaşını qətlə yetirdi | Yevlaxda dəhşətli hadisə

Ər həyat yoldaşını qətlə yetirdi | Yevlaxda dəhşətli hadisə

Hadisə
20 may 2024
Göyçayda ağır motosiklet qəzası | Xəsarətalan var

Göyçayda ağır motosiklet qəzası | Xəsarətalan var

Hadisə
19 may 2024
Tovuzda bədbəxt hadisə | Ailənin 3 üzvü zəhərləndi

Tovuzda bədbəxt hadisə | Ailənin 3 üzvü zəhərləndi

Hadisə
19 may 2024
Paytaxtın mərkəzində sex yandı | FHN yanğın baş verən ərazidə

Paytaxtın mərkəzində sex yandı | FHN yanğın baş verən ərazidə

Hadisə
19 may 2024
Göygöldə çayda batan yeniyetmənin qohumları hadisənin təfərrüatını danışdı

Göygöldə çayda batan yeniyetmənin qohumları hadisənin təfərrüatını danışdı

Hadisə
19 may 2024
Seçilmişlər
icon