Pleyeri seçin:

Yanacaq daşıyan maşın əvvəlcə aşdı, sonra isə... | Ucardakı faciəvi qəzanın detalları

01 oktyabr 2024 205 baxış

“Biz gurultu səsinə çıxanda daha bir partlayış oldu”.

Bunu oktyabrın 1-də yanacaqdaşıyan maşının Ucar rayonunun Müsüslü kəndində qəzaya uğraması nəticəsində baş verən yanğından zərər çəkən kənd sakini Qafur Şərifov deyib.

O, yanğın nəticəsində ciddi zərərə uğradığını bildirib:

“Partlayış səsi gəldi, çıxıb gördük ki, tövləmiz yanır. Bir az irəli keçəndə daha bir partlayış oldu. Yanğın zamanı içində altı aylıq xotək, 1500 bağlama ot, beş kub taxta olan tövləm tamamilə yanıb”.

Qəza baş verən əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Fateh Ağayev jurnalistlərə açıqlamasında bunları deyib:

“Nazirliyin “112” qaynar xəttinə Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayon ərazisindən keçən hissəsində yanacaqdaşıyan maşında yanğın olması ilə bağlı məlumat daxil oldu.

Dərhal FHN-in yanğından mühafizə xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. İlkin bölməmiz əraziyə çatdıqda əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, Ağsu rayon sakininin yanacaqdaşıyan maşını idarəetməni itirərək yolun kənarına aşıb və nəticədə qısa zaman kəsiyində yanğın hadisəsi baş verib.

Qüvvə və vasitələrin köməyi ilə yanğının söndürülməsinə başlanılıb. Yaxınlıqda olan vətəndaşa məxsus tikilidə də yanğın hadisəsi baş verib. Yanğın tərəfimizdən çevik reaksiya verilərək məhdudlaşdırılıb və söndürülüb. Yanğın nəticəsində yanacaqdaşıyan avtomobilin sürücüsünün cəsədi aşkar edilib.

Ümumilikdə nəticədə 40 ton yanacaq və vətəndaşa məxsus ümumi sahəsi 100 kvadratmetr olan yardımçı tikili yanğından mühafizə olunub”.

Qusarda qadına qarşı insident | Məhkəmə təqsirləndirilənə nə cəza verdi? - Baku TV

Qusarda qadına qarşı insident | Məhkəmə təqsirləndirilənə nə cəza verdi? - Baku TV

Hadisə
07 dekabr 2025 205 baxış
Tulin Ələkbərova və tələbəsi barədə həbs qərarı verildi - Baku TV

Tulin Ələkbərova və tələbəsi barədə həbs qərarı verildi - Baku TV

Hadisə
07 dekabr 2025 205 baxış
Sumqayıtda qəza baş verdi | İdarəetməni itirən sürücü yuyucu məntəqəsinə girdi - Baku TV

Sumqayıtda qəza baş verdi | İdarəetməni itirən sürücü yuyucu məntəqəsinə girdi - Baku TV

Hadisə
07 dekabr 2025 205 baxış
Bakıda piyada keçidində dəhşətli yol qəzası | Ər-arvadı maşın vurdu, biri öldü, digəri... - Baku TV

Bakıda piyada keçidində dəhşətli yol qəzası | Ər-arvadı maşın vurdu, biri öldü, digəri... - Baku TV

Hadisə
07 dekabr 2025 205 baxış
Azərbaycana gətirilən kartof yükündə gizlədilənlər belə ifşa edildi - Baku TV

Azərbaycana gətirilən kartof yükündə gizlədilənlər belə ifşa edildi - Baku TV

Hadisə
06 dekabr 2025 205 baxış
Bu sexdə çoxsaylı nöqsanlar aşkarlandı

Bu sexdə çoxsaylı nöqsanlar aşkarlandı

Hadisə
06 dekabr 2025 205 baxış
Bərdədə maşın dərəyə aşdı | Xəsarətalan var - Baku TV

Bərdədə maşın dərəyə aşdı | Xəsarətalan var - Baku TV

Hadisə
06 dekabr 2025 205 baxış
Məktəbdə tüstüdən zəhərlənənlər barədə həkimdən açıqlama - Baku TV

Məktəbdə tüstüdən zəhərlənənlər barədə həkimdən açıqlama - Baku TV

Hadisə
05 dekabr 2025 205 baxış
Binəqədidə çayxanada güclü partlayış | 3 nəfər xəsarət aldı

Binəqədidə çayxanada güclü partlayış | 3 nəfər xəsarət aldı

Hadisə
05 dekabr 2025 205 baxış
Yevlaxda baş verən yanğın ailə faciəsinə səbəb oldu - Baku TV

Yevlaxda baş verən yanğın ailə faciəsinə səbəb oldu - Baku TV

Hadisə
05 dekabr 2025 205 baxış
Seçilmişlər
icon