Yolun ortasında elə şey etdi ki... | Yasamal rayonundakı qəzanın anbaan görüntüləri
“Avtomagistralda geriyə hərəkət edən avtomobilin sürücüsü yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub”.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, hadisə bu gün səhər saatlarında Yasamal rayonu, Kənar Dairəvi yolda baş verib:
“Qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində sıxlıq yaransa da, polis əməkdaşları tərəfindən nəqliyyatın sərbəst hərəkətinin təmin edilməsi üçün işlər görülüb. Müşahidələr göstərir ki, bu kimi hadisələr nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi Zığ dairəsi-Hava Limanı yolunda, Heydər Əliyev və Ziya Bünyadov prospektlərində də baş verib.
Sürücülərin nəzərinə çatdırırıq ki, "Yol hərəkəti haqqında" Qanunun 43-cü maddəsinə əsasən avtomagistrallarda nəqliyyat vasitələrinin geriyə hərəkət etməsi qadağandır”.
#Kənar dairəvi yol teqi istifadə olunub
- Sumqayıt istiqamətində sıxlıq yaranıb
- Uçqun daşları ilə üz-üzə qalan yol | Avtomobillərin hərəkəti məhdudlaşdırıldı
- Uçqun baş verən ərazidə tıxac yarandı
- Yolun açılmağını gözləyən sürücülər Baku TV-yə danışdı | Bu yolda təhlükə çoxdur...
- Bu yolda qanunu bilməyən sürücülər çaşbaş qalır | Yol hərəkəti qaydasını bilmək vacibdir!
