Hadisə
Pleyeri seçin:
Zaqatala sakini göbələkdən zəhərlənərək həyatını itirdi
Zaqatala sakini meşədən yığıb yediyi zəhərli göbələyin qurbanı olub. Daha 2 nəfər isə zəhərlənib.
Hadisə rayonun Höytala kəndində baş verib. Kənd sakini 53 yaşlı Kərəm İmranov kəskin göbələk zəhərlənməsi diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasından Bakıdakı Kliniki Tibbi Mərkəzə göndərilib. Amma onun həyatını xilas etmək mümkün olmayıb.
Dünyasını dəyişən Kərəm İmranovdan başqa onunla birlikdə göbələk yığaraq yeyən dostu Ramazan Ömərov və onun həyat yoldaşı Güllər Ömərova da zəhərləniblər. Hazırda onların müalicəsi davam edir.
Kopyalandı
Seçilmişlər