Pleyeri seçin:
4 qat Azərbaycan çempionu “Qarabağ”dan ayrılacaq
“Qarabağ”ın üzvü Rahil Məmmədov karyerasını Polşada davam etdirməyə yaxındır.
Bu barədə “Veszlo” nəşri məlumat yayıb. Bildirilir ki, 28 yaşlı müdafiəçi “Lodz” kollektivinin maraq dairəsindədir.
İddia edilir ki, klublar arasında razılıq əldə olunub və R.Məmmədovun transferi yaxın günlərdə açıqlanacaq.
Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Rahil Məmmədov 2018-ci ildən “Qarabağ”ın formasını geyinir. “Köhlən atlar”ın heyətində 59 matça çıxan müdafiəçi 4 dəfə ölkə çempionatının qalibi olub. 2018-ci ildən millimizə də çağırılan Rahil 15 oyunda iştirak edib.
Kopyalandı
#Qarabağ FK teqi istifadə olunub
- Koxalski “Qarabağ”dan niyə getdi? - Yeni idman xəbərləri - Baku TV
- Əməliyyatdan çıxan Elvin Cəfərquliyev barədə vacib məlumat | Yeni idman xəbərləri - Baku TV
- Qurban Qurbanov "Qarabağ"ın məğlubiyyəti barədə nə dedi? - Yeni idman xəbərləri - Baku TV
- Güləşçilərimiz çempionatda neçə medal qazandı? - Yeni idman xəbərləri
- Qurban Qurbanovdan “Tvente” ilə matç barədə diqqətçəkən açıqlama | Yeni idman xəbərləri - Baku TV
