Pleyeri seçin:

AFFA-nın hesabat konfransında qurumun gəlirləri açıqlanıb

07 mart 2023 349 baxış

Martın 7-si AFFA-nın növbəti hesabat konfransı keçirilib.

Tədbirdə AFFA rəhbərliyi ilə yanaşı, gənclər və idman naziri Fərid Qayıbov, federasiya rəsmiləri və idman ictimaiyyəninin nümayəndələri iştirak ediblər.

Konfransın əvvəlində giriş sözü ilə çıxış edən AFFA prezidenti Rövnəq Abdullayev tədbir iştirakçılarını salamlayaraq, hesabat dövründə ölkə futbolunun inkişafı məqsədilə müxtəlif tədbirlərin həyata keçirildiyini bildirib.

Daha sonra AFFA-nın baş katib Sərxan Hacıyev məruzəsində VAR sisteminin uğurla tətbiq edildiyini və infrastrukturun yaxşılaşdırılması istiqamətində atılan addımlar barədə məlumat verib.

Tədbirin davamında UEFA-nın Həmrəylik proqramları çərçivəsində AFFA-ya ümumilikdə 6 737 866 manat maliyyə vəsaiti ayırdığı, Millətlər Liqasındakı iştiraka görə isə 2 074 118 manat gəlir əldə olunduğu bildirilib. Bu vəsaitin müxtəlif yaş qrupları üzrə yığmaların, liqaların, hakimlik, məşqçilik və digər sahələrin inkişaf etdirilməsinə ayrılacağı qeyd olunub.

Eyni zamanda ötən il FİFA-nın “Forward” proqramı ilə AFFA-nın büdcəsinə 3 485 804 manat vəsait daxil olduğu diqqətə çatdırılıb.

Bundan başqa, UEFA-nın 2022-ci ildə Azərbaycan çempionatında çıxış edən komandalara ayırdığı vəsait bəlli olub. Qitə Futbol Qurumu ölkəmizin 8 klubuna ümumən 28 milyon 924 min 10 manat ödəyib. Bu məbləğdən 24 497 200 manat “Qarabağ” komandasına ödənilib.

Konfransda həmçinin AFFA-nın Peşəkar Futbol Liqasına ayırdığı vəsait barədə məlumat verilib. Hesabata əsasən, ölkəmizin ali futbol qurumu liqaya 2022-ci ildə 454 200 manat ayırıb ki, bu da ötən illərlə müqayisədə azdır.

Matçda qəribə anlar: tutuquşu futbolçuya hücum etdi | Yeni idman xəbərləri - Baku TV

Matçda qəribə anlar: tutuquşu futbolçuya hücum etdi | Yeni idman xəbərləri - Baku TV

İdman
04 avqust 2026 349 baxış
Dünya çempionu olan ciu-citsu döyüşçüsü Emil Qurbanov Baku TV-yə danışdı - Baku TV

Dünya çempionu olan ciu-citsu döyüşçüsü Emil Qurbanov Baku TV-yə danışdı - Baku TV

İdman
04 avqust 2026 349 baxış
UEFA FIFA-nın yolunu necə kəsdi? | Futbolu siyasiləşdirməyə çalışanlar - Baku TV

UEFA FIFA-nın yolunu necə kəsdi? | Futbolu siyasiləşdirməyə çalışanlar - Baku TV

İdman
03 avqust 2026 349 baxış
Ağır atlet Tofiq Məmmədov dünyasını dəyişdi - Baku TV

Ağır atlet Tofiq Məmmədov dünyasını dəyişdi - Baku TV

İdman
03 avqust 2026 349 baxış
Tofiq Musayev qələbədən sonra Baku TV-yə rəqibi ilə bağlı açıqlama verdi - Baku TV

Tofiq Musayev qələbədən sonra Baku TV-yə rəqibi ilə bağlı açıqlama verdi - Baku TV

İdman
02 avqust 2026 349 baxış
Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı - Baku TV

Tofiq Musayev UFC-də növbəti qələbəsini qazandı - Baku TV

İdman
02 avqust 2026 349 baxış
Güləş üzrə U-17 dünya çempionatı davam edir - Baku TV

Güləş üzrə U-17 dünya çempionatı davam edir - Baku TV

İdman
02 avqust 2026 349 baxış
İngiltərə klubları bu məşhur türk futbolçunu heyətlərinə qatmaq istəyir - Baku TV

İngiltərə klubları bu məşhur türk futbolçunu heyətlərinə qatmaq istəyir - Baku TV

İdman
01 avqust 2026 349 baxış
Azərbaycan təmsilçilərinin çıxışları ilə bağlı son məlumatlar təqdim olunub - Baku TV

Azərbaycan təmsilçilərinin çıxışları ilə bağlı son məlumatlar təqdim olunub - Baku TV

İdman
01 avqust 2026 349 baxış
Azərbaycanı Çempionlar Liqasında üç komanda təmsil edə bilər | Yeni idman xəbərləri - Baku TV

Azərbaycanı Çempionlar Liqasında üç komanda təmsil edə bilər | Yeni idman xəbərləri - Baku TV

İdman
31 iyul 2026 349 baxış
Seçilmişlər
icon