Pleyeri seçin:

AFFA-nın növbəti Hesabat Konfransı təşkil olunub

11 aprel 2025 1022 baxış

Aprelin 11-də AFFA-nın növbəti Hesabat Konfransı keçirilib.

Tədbirdə milli komandanın qarşısında duran məqsədlər, Futbolun İnkişafı Strategiyası, o cümlədən uşaq futbolunun və regionlarda bu idman növünün inkişafı məsələsi müzakirə edilməklə yanaşı, AFFA-nın maliyyə hesabatı dinlənilib. Qurumun prezidenti Rövşən Nəcəf bir il ərzində əldə olunan nəticələrin qənaətbəxş olduğunu vurğulayaraq, bununla belə, qarşıda daha böyük hədəflərin olduğunu qeyd edib.

AFFA prezidenti legioner limitinin ləğvinin futbolun inkişafına təkan verəcəyini, futbolumuzun məsuliyyətli və çətin dönəmə qədəm qoyduğunu və AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxışın dəyişməz hədəf olduğunu xatırladıb.

Rövşən Nəcəf Avropa çempionatının seçmə mərhələsində 3, 4 və ya 5-ci yer tutmağın uğur olmadığını, komandamızın final mərhələsində çıxış etməsini istədiyini diqqətə çatdırıb. O həm də danışılmış oyunlar, eləcə də futbola yaraşmayan qeyri-etik davranışlara görə daha sərt cəzaların veriləcəyini bildirib.

Qurumun baş katibi Cahangir Fərəcullayev AFFA-nın oyunçu yetişdirməklə bağlı klublara dəstək olacağını söyləyərək, hazırda infrastruktur baxımından müəyyən sıxıntıların olduğunu və uşaq, eləcə də gənclər liqalarında islahatlar üzərində çalışacaqlarını deyib.

Daha sonra AFFA-nın maliyyə hesabatı dinlənilib. Qeyd olunub ki, qurumun 2024-cü il üzrə xərcləri 33 milyon 448 min 355 manat təşkil edib. Bildirilib ki, ölkəmizdə futbolun inkişafı ilə bağlı ayrılan vəsait 2023/2024 mövsümündə olduğu kimi, cari mövsümdə də 39 milyon manat təşkil edib.

Tədbirin davamında UEFA-nın 2024-cü ildə Azərbaycan klublarına ödədiyi məbləğ açıqlanıb. Ötən il üzrə bu məbləğ 38 milyon 716 min 172 manat təşkil edib. Futbolun və onun idarəetmə sisteminin inkişafına nail olmaq üçün UEFA-nın "Hat-Trick" Həmrəylik proqramları çərçivəsində isə son 2 mövsümdə AFFA-ya ümumilikdə 7 milyon 628 min 995 manat maliyyə vəsaiti ayrılıb.  

Françesko Totti peşəkar futbola qayıdacaq? - Yeni idman xəbərləri

Françesko Totti peşəkar futbola qayıdacaq? - Yeni idman xəbərləri

İdman
23 sentyabr 2026 1022 baxış
İkardi karyerasını harada davam etdirəcək? | Yeni idman xəbərləri - Baku TV

İkardi karyerasını harada davam etdirəcək? | Yeni idman xəbərləri - Baku TV

İdman
23 sentyabr 2026 1022 baxış
UEFA rəsmiləri Bakı Olimpiya Stadionuna baxış keçiriblər

UEFA rəsmiləri Bakı Olimpiya Stadionuna baxış keçiriblər

İdman
22 sentyabr 2026 1022 baxış
Formula 1 üzrə Azərbaycan Qran-Prisinin təqvimi açıqlandı | Yeni idman xəbərləri - Baku TV

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin təqvimi açıqlandı | Yeni idman xəbərləri - Baku TV

İdman
22 sentyabr 2026 1022 baxış
Madrid derbisində sensasiya: “Real” gözlənilmədən məğlub oldu - Baku TV

Madrid derbisində sensasiya: “Real” gözlənilmədən məğlub oldu - Baku TV

İdman
21 sentyabr 2026 1022 baxış
Yamalın yeni rekordu futbol dünyasında böyük səs-küy yaratdı

Yamalın yeni rekordu futbol dünyasında böyük səs-küy yaratdı

İdman
21 sentyabr 2026 1022 baxış
APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV

APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV

İdman
20 sentyabr 2026 1022 baxış
Bakıda yeni ritm: "Sky Padel" qapılarını açdı - Baku TV

Bakıda yeni ritm: "Sky Padel" qapılarını açdı - Baku TV

İdman
19 sentyabr 2026 1022 baxış
"Arsenal" kimi heyətinə qatmaq istəyir? - Yeni idman xəbərləri - Baku TV

"Arsenal" kimi heyətinə qatmaq istəyir? - Yeni idman xəbərləri - Baku TV

İdman
18 sentyabr 2026 1022 baxış
Bakıdakı dünya çempionatına 82 ölkə qeydiyyatdan keçib

Bakıdakı dünya çempionatına 82 ölkə qeydiyyatdan keçib

İdman
18 sentyabr 2026 1022 baxış
Seçilmişlər
icon