Pleyeri seçin:

AFFA-nın qərarlarından sonra futbolumuzda yeni dövr başlayır

05 fevral 2025 277 baxış

Fevralın 3-ü keçirilən AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası bir sıra vacib qərarların qəbul edilməsi ilə yadda qalıb.

Toplantıda 2025-26-cı illər mövsümündən etibarən Azərbaycan Premyer Liqasında legioner limitinin ləğv edilməsi, habelə çempionatdakı klubların sayının 12-yə çatdırılması ən diqqətçəkən məqamlardan olub.

AFFA-nın qərarları azarkeşlər və mütəxəssislər arasında müəyyən fikir ayrılığı yaratsa da, çempionatda rəqabətin artmasına töhfə verəcəyini gözləmək olar.

Legioner limitinin ləğv edilməsi yerli futbolçular üzərində də müəyyən təzyiq yaradacaq. Artıq aparıcı klublarımızın heyətində olmaq, eləcə də milliyə dəvət almaq istəyən azərbaycanlı oyunçular hazırlıq prosesinə daha ciddi yanaşmalı olacaqlar. Yekunda bu amil yeni istedadların üzə çıxmasına və yığmamızın güclənməsinə təsir edəcək.

Əcnəbi futbolçular üçün limitin ləğv edilməsindən sonra heyətində yerli oyunçulara üstünlük verən klublara bonusların ödənilməsi ilə bağlı da qərar qəbul edilib. Bu bonuslar legioner rüsumundan əldə ediləcək vəsaitdən veriləcək. Nəticə etibarilə həmin məbləğlər də Azərbaycan futbolunun inkişafına yönəldiləcək.

AFFA-nın 2025-2028-ci illəri əhatə edən inkişaf strategiyasının qəbul edilməsindən sonra isə yaxın perspektivdə futbolumuzda daha ciddi dəyişikliklərin olacağı şübhəsizdir.

Türkiyədə güllələnən futbolçu ilə bağlı faciəvi xəbər

Türkiyədə güllələnən futbolçu ilə bağlı faciəvi xəbər

İdman
20 dekabr 2025 277 baxış
“Fənərbağça” klubunun prezidenti prokurorluğa çağırıldı

“Fənərbağça” klubunun prezidenti prokurorluğa çağırıldı

İdman
20 dekabr 2025 277 baxış
“Qarabağ”ın zədəli oyunçuları barədə vacib məlumat - Baku TV

“Qarabağ”ın zədəli oyunçuları barədə vacib məlumat - Baku TV

İdman
20 dekabr 2025 277 baxış
“Fənərbağça” klubunun prezidenti prokurorluğa çağırıldı - Baku TV CANLI

“Fənərbağça” klubunun prezidenti prokurorluğa çağırıldı - Baku TV CANLI

İdman
20 dekabr 2025 277 baxış
“Barselona” bu oyunçusu üçün hərəkətə keçdi - Baku TV

“Barselona” bu oyunçusu üçün hərəkətə keçdi - Baku TV

İdman
20 dekabr 2025 277 baxış
“Neftçi”nin ukraynalı baş məşqçisi Premyer Liqa tarixində onuncu oldu - Baku TV

“Neftçi”nin ukraynalı baş məşqçisi Premyer Liqa tarixində onuncu oldu - Baku TV

İdman
20 dekabr 2025 277 baxış
I turdan təxirə salınmış “Sabah”la oyunda Ağdam klubu 7000 AZN cərimə olunub

I turdan təxirə salınmış “Sabah”la oyunda Ağdam klubu 7000 AZN cərimə olunub

İdman
20 dekabr 2025 277 baxış
“Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin ikinci mövsümünün rəsmi açılışı - Baku TV

“Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin ikinci mövsümünün rəsmi açılışı - Baku TV

İdman
19 dekabr 2025 277 baxış
Futbolçu ilə klub arasında müqaviləyə xitam verilib

Futbolçu ilə klub arasında müqaviləyə xitam verilib

İdman
19 dekabr 2025 277 baxış
"Qarabağ"ın qapıçısı Plattlinq şəhərində əməliyyat olunub - Baku TV

"Qarabağ"ın qapıçısı Plattlinq şəhərində əməliyyat olunub - Baku TV

İdman
19 dekabr 2025 277 baxış
Seçilmişlər
icon