Avropa liqasında 1/16 finalın cavab oyunları olub
UEFA Avropa Liqasında 1/16 finalın cavab görüşləri keçirilib.
Gecənin böyük maraqla gözlənilən matçı “Old Trafford”da “Mançester Yunayted” və “Barselona” arasında olub. Oyunda hesabı qonaqlar açıblar. Levandovski penaltini dəqiq yerinə yetirib. İlk yarı “blauqrana”nın minimal üstünlüyü ilə başa çatıb.
Fasilədən sonra isə meydan sahibləri dönüş edərək 2 qol vurublar. Əvvəlcə Fred, bir qədər sonra isə Antoni kataloniyalıların qapısına yol tapıb: 2-1.
Komandalar arasında “Kamp Nou”dakı qarşılaşma 2-2 hesabı ilə başa çatdığı üçün “qırmızı şeytanlar” 2 görüşün yekununda 1/8 finala vəsiqə qazanıblar.
Yarışın favoritlərindən “Ayaks” klubu turnirlə vidalaşıb. Berlində “Union”un qonağı olan amsterdamlılar fasiləyə 0-2 hesabı ilə geridə yollanıblar. 47-ci dəqiqədə Kudus toplardan birinin əvəzini çıxsa da, çox keçmədən Duhi 3-cü topu Niderland təmsilçisinin qapısından keçirib. Qalan vaxtda başqa qol olmayıb.
Tərəflər arasında ilk görüş qolsuz bitdiyi üçün 2 oyunun yekununda 3-1 hesablı qələbə qazanan “Union” adını 1/8 finala yazdırıb.
#UEFA Avropa liqası teqi istifadə olunub
- “Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibləri müəyyənləşdi | Yeni idman xəbərləri - Baku TV
- “Qarabağ” Avropa Liqasında gücünü göstərdi | Mərakeş niyə Fransadan qisas ala bilmədi? - Baku TV
- Fransa Mərakeşi məğlub edərək yarımfinala yüksəldi | Yeni idman xəbərləri
- Bakı metrosu gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək - Baku TV
- “Qarabağ”ın Avroliqadakı oyunları barədə vacib məlumat | Yeni idman xəbərləri - Baku TV
