Pleyeri seçin:

Avropa liqasında 1/8 finala yekun vurulub

15 mart 2024 485 baxış

Avropa liqasında 1/8 final mərhələsinə yekun vurulub. Bol qollu matçlardan biri “Liverpul” və “Sparta Praqa” arasında olub.

“Enfild” stadionunda keçirilən görüşdə “qırmızılar” Nunyes, Klark, Salah və Qakponun topları sayəsində fasiləyə 4-1 hesabı ilə irəlidə yollanıblar. 2-ci hissədə isə mersisaydlılar daha iki qol vurublar. Dubl edən Qakpo ilə yanaşı, Soboslai fərqlənib: 6-1.

İlk oyun “Liverpul”un 5-1 hesablı qələbəsi ilə bitdiyi üçün iki görüşün yekununda 11-2 hesabı ilə güclü olan İngiltərə klubu mərhələ adlayıb.

Dumanlı Albionun daha bir komandası “Vest Hem” də azarkeşlərini sevindirib. “Frayburq”u qəbul edən “çəkicdöyənlər” ilk hissəni Paketa və Bouenin qolları ilə 2-0 hesabı ilə öndə başa vurublar.

2-ci yarıda isə London komandasından Kudus dubl edib. Daha bir epizodda Kressvelin zərbəsi dəqiq olub. “Vest Hem” – “Frayburq”: 5-0. İki görüşün nəticəsinə görə 5-1 hesabı ilə üstün olan “Vest Hem” yarışın 1/4 finalına yüksəlib.

Növbəti mərhələnin daha bir iştirakçısı “Brayton” və “Roma” arasında mübarizədə müəyyənləşib. Qarşılaşma Uelbekin yeganə qolu sayəsində 1-0 hesabı ilə bitsə də, bu, “qağayılar”ın mərhələ adlaması üçün kifayət etməyib. İlk matçda 4-0 hesabı ilə qalib gələn “canavarlar" 1/4 finala vəsiqə qazanıblar.

Banner
Azərbaycan karateçiləri qızıl medalları Zəfər Gününə həsr etdi - Baku TV

Azərbaycan karateçiləri qızıl medalları Zəfər Gününə həsr etdi - Baku TV

İdman
09 noyabr 2026 485 baxış
Harri Keyn "Qızıl top"u "Bayern"in muzeyinə vermək istəyir

Harri Keyn "Qızıl top"u "Bayern"in muzeyinə vermək istəyir

İdman
09 noyabr 2026 485 baxış
Futbol dünyasını sarsıdan hadisə | Braziliyalı oyunçu silahlı hücumda öldürüldü - Baku TV

Futbol dünyasını sarsıdan hadisə | Braziliyalı oyunçu silahlı hücumda öldürüldü - Baku TV

İdman
08 noyabr 2026 485 baxış
Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV

Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV

İdman
07 noyabr 2026 485 baxış
Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri

Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri

İdman
07 noyabr 2026 485 baxış
Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV

Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV

İdman
07 noyabr 2026 485 baxış
Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

İdman
06 noyabr 2026 485 baxış
Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

İdman
06 noyabr 2026 485 baxış
Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

İdman
06 noyabr 2026 485 baxış
Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

İdman
05 noyabr 2026 485 baxış
Seçilmişlər
icon