Pleyeri seçin:

Avropa Liqasında yarımfinalın ilk matçları keçirilib

02 may 2025 823 baxış

UEFA Avropa liqasında yarımfinalın ilk oyunları keçirilib.

“Atletik”in qonağı olan “Mançester Yunayted” inamlı qələbə qazanıb.

“Qırmızı Şeytanlar” Bilbaoda təşkil olunan matçda 3-0 hesabı ilə güclü olub. “San Mames” stadionundakı görüşdə bütün qollar ilk yarıda vurulub. Dubl edən Brunu Fernandeşlə yanaşı, Kazemironun zərbəsi dəqiq olub.

Gecənin digər qarşılaşmasında da İngiltərə klubu qalib gəlib. Norveç təmsilçisi “Budyo Qlimt”i qəbul edən “Tottenhem” ilk yarını Brennan Conson və Ceyms Meddisonun qolları ilə irəlidə tamamlayıb: 2-0.

Fasilədən sonra tərəflər hərəyə bir dəfə fərqləniblər. “Mahmızlar”dan Dominik Solanke, qonaqlardan isə Ulrik Saltnes qapını dəqiq nişan alıb. “Tottenhem” ‒ “Budyo Qlimt”: 3-1.

Qeyd edək ki, Avropa liqasında yarımfinalın cavab matçları mayın 8-i baş tutacaq. Yarışın finalı isə mayın 21-i “Atletik”in ev oyunlarını keçirdiyi və Bilbao şəhərində yerləşən “San Mames” stadionunda təşkil olunacaq.

Banner
Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

İdman
06 noyabr 2026 823 baxış
Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

İdman
06 noyabr 2026 823 baxış
Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

İdman
06 noyabr 2026 823 baxış
Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

İdman
05 noyabr 2026 823 baxış
UEFA Çempionlar Liqasında IV tura yekun vuruldu | Yeni idman xəbərləri - Baku TV

UEFA Çempionlar Liqasında IV tura yekun vuruldu | Yeni idman xəbərləri - Baku TV

İdman
05 noyabr 2026 823 baxış
“Çox güclü hazırlaşmışıq” | Yanğınsöndürmə və xilasetmə idmanı üzrə Dünya Çempionatının açılışı

“Çox güclü hazırlaşmışıq” | Yanğınsöndürmə və xilasetmə idmanı üzrə Dünya Çempionatının açılışı

İdman
05 noyabr 2026 823 baxış
Kikboksinq üzrə dünya çempionatında həmyerlilərimizdən yüksək nəticə | İdman xəbərləri - Baku TV

Kikboksinq üzrə dünya çempionatında həmyerlilərimizdən yüksək nəticə | İdman xəbərləri - Baku TV

İdman
04 noyabr 2026 823 baxış
Rəqibinə uduzduğu üçün ağlayan Elcan Həsənov indi çempiondur

Rəqibinə uduzduğu üçün ağlayan Elcan Həsənov indi çempiondur

İdman
04 noyabr 2026 823 baxış
"Turan" ÇL-də səfərdə inamlı qələbə qazandı | Yeni idman xəbərləri

"Turan" ÇL-də səfərdə inamlı qələbə qazandı | Yeni idman xəbərləri

İdman
04 noyabr 2026 823 baxış
"O mənə motivasiya verdi" | 1 ildən sonra həm dünya, həm də Avropa çempionu olan Elcan Həsənov

"O mənə motivasiya verdi" | 1 ildən sonra həm dünya, həm də Avropa çempionu olan Elcan Həsənov

İdman
04 noyabr 2026 823 baxış
Seçilmişlər
icon