Avropa Liqasının finalında ”Mançester Yunayted”i məğlub edən ”Tottenhem” bu il onlara rəhm etməyib
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Liqasının keçən gecə baş tutan finalında "Mançester Yunayted"i məğlub edən "Tottenhem" bu mövsüm "qırmızı şeytanlar"a aman verməyib.
London təmsilçisi cari "futbol ili"ndə bu rəqibə qarşı keçirdiyi 4 oyunun hamısında qələbə qazanıb.
Yaxşı günlərini yaşamayan "Mançester Yunayted" Angelos Postekoğlunun komandasına Premyer Liqada iki dəfə yenilib: 0-3 və 0-1.
Bundan başqa, tərəflərin yolları İngiltərə Liqa Kubokunun 1/4 finalında da kəsişib. Dekabrın 19-da reallaşan görüş paytaxt təmsilçisinin 4-3 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində "Mançester Yunayted" 39 xalla 16-cı "Tottenhem" isə hesabındakı 38 xalla 17-ci pillədə yer alıb.
"Qırmızı şeytanlar" çempionatın son turunda "Aston Villa"nı qəbul edəcək, "Tottenhem" isə "Brayton"u qonaq edəcək.
#Mançester Yunayted FK teqi istifadə olunub
- Antonio Konte “Mançester Yunayted”in baş məşqçisi olmaq istəyir
- ÇL-in ilk turundan sonra nəticələr bu cür oldu | Yeni idman xəbərləri - Baku TV
- "Sabah" hansı hücumçunu heyətinə qatdı? - Yeni idman xəbərləri - Baku TV
- Şamaxıda karpfişinq üzrə çempionatın qalibləri bəlli olub | Yeni idman xəbərləri
- "Sabah" klubu Mançesterə yola düşdü | Əməkdaşımız məlumatları açıqladı - Baku TV
