Azərbaycan cüdoçusu Zelim Kotsoyev Podqoritsada keçirilən Avropa çempionatında medal qazandı
100 kiloqram çəki dərəcəsində Azərbaycan cüdoçusu Zelim Kotsoyev Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatını gümüş medalla başa vurub.
Paris Olimpiadasının qalibi həlledici görüşdə gürcüstanlı İliya Sulamanidzeyə məğlub olub.
Eyni çəkidə digər cüdoçumuz Uşanqi Kokauri isə bürünc medal uğrunda döyüşdə Almaniya təmsilçisi Erik Abramova uduzub. Daha əvvəl 60 kiloqramda Əhməd Yusifov, 73 kiloqramda Rəşid Məmmədəliyev, 81 kiloqramda Zelim Tçkayev və 90 kiloqramda Murad Fətiyev bürünc medal qazanıblar.
Beləliklə, Azərbaycan cüdoçuları qitə turnirinin fərdi yarışlarında 1 gümüş və 4 bürünc medal əldə ediblər.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 9-u kişi, 6-sı qadın olmaqla 15 cüdoçu təmsil edir. Yığma həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.
#Cüdo teqi istifadə olunub
- 2 cüdoçumuz qızıl medal qazanıb - Baku TV
- Azərbaycan cüdoçusu Fərid Rzazadə Ekvadorda dünya çempionu olub | Yeni idman xəbərləri - Baku TV
- Yay Deflimpiya Oyunlarında gümüş medal qazanan idmançımız Vətənə qayıdıb
- Cüdo üzrə Azərbaycan millisi Meksikada birinci yeri tutub
- Cüdoçularımız Qran-pridə 2 qızıl, 1 bürünc medal qazanıblar
