Pleyeri seçin:
“Barselona” klubu 7 noyabrda yenilənmiş “Kamp Nou” stadionunda ilk məşqinə çıxacaq
İspaniyanın "Barselona" klubu "Kamp Nou" stadionuna qayıdır. Bu barədə Kataloniya təmsilçisi məlumat yayıb.
Noyabrın 7-də bu arenada futbolçuların açıq məşqi baş tutacaq. Hazırlıq prosesini təxminən 23 min tamaşaçının izləyəcəyi gözlənilir.
Qeyd edək ki, "Barselona" sonuncu dəfə 2022/2023 mövsümündə bu arenada oynayıb. Daha sonra stadionda yenidənqurma işləri başlayıb.
Kopyalandı
