Pleyeri seçin:
Braziliyalı ulduz saatlarla zamanını pokerə həsr edir
Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin heyətə daxil etmədiyi Neymar həftəsonunu qumara həsr edib.
“Santos”un hücumçusunun saatlarla onlayn poker oynadığı bildirilir.
Məlumata görə, Neymar cümə gününü ailəsi ilə keçirdikdən sonra şənbə günü saat 14:30-dan 22:00-a qədər poker oynayıb. Bazar günü isə bu fəaliyyəti davam etdirərək 14:00-dan 23:00-a qədər oyunda olub.
Maraqlıdır ki, A seriyasında "Kruzeyro" – "Santos" oyunu bazar günü saat 16:00-da keçirildiyi halda, Neymar həmin vaxt da poker turnirində iştirak edirdi.
Kopyalandı
#Neymar teqi istifadə olunub
- Ançelloti niyə braziliyalını heyətdə görmək istəmir? - Baku TV
- Neymar 2026-cı ilin sonuna qədər bu klubda olacaq?
- Neymarın “Santos”la gələcəyi yenidən gündəmdə | Klub rəhbərliyi sükutu pozdu - Baku TV
- Neymar “Santos”da qalacaq, yoxsa “İnter Mayami”yə keçəcək?
- Braziliya çempionatının 14-cü turu çərçivəsində Neymar komandasına qələbə gətirdi
