Bu gün “Qarabağ” klubu “Neftçi”nin qonağı olacaq
“Neftçi” Azərbaycan Premyer Liqasında növbəti görüşünə çıxacaq.
Paytaxt klubu 23-cü tur çərçivəsində əzəli rəqibi “Qarabağ”la üz-üzə gələcək.
“Neftçi Arena”da keçiriləcək qarşılaşmaya saat 19-da start veriləcək. Oyunda ədalət prinsiplərini Rəvan Həmzəzadənin başçılıq etdiyi hakimlər briqadası qoruyacaq.
“Ağ-qaralar” Ağdam kollektivi ilə oyuna bəzi itkilərlə çıxacaq. Belə ki, bərpa dövrünü davam etdirdiyi üçün fərdi məşğul olan Andrey Ştoqrin, zədəli Elvin Camalov, həmçinin komanda ilə birlikdə məşqdə iştirak etsələr də, hələ tam hazır olmayan Dembo Darbo və Rafael Quzzo “Qarabağ”la görüşü buraxacaqlar.
Xatırladaq ki, “Neftçi” daha əvvəl 22-ci turda “Zirə” kollektivini 2-1 hesabı ilə məğlub edib. “Qarabağ” isə “Səbail” üzərində 5-0 hesablı qələbə qazanıb. Bu nəticələrdən sonra aktivində 24 xalı olan “Neftçi” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. “Qarabağ” isə 53 xalla liderdir.
#Azərbaycan Premyer Liqası teqi istifadə olunub
- Ölkə çempionatının 21-ci turu geridə qaldı | Ötən tur nə ilə diqqət çəkdi? - İDMANDA NƏ BAŞ VERİR?
- Futbol üzrə Azərbaycan Premyer Liqasının son turunu müzakirə etdik | İDMANDA NƏ BAŞ VERİR?
- Azərbaycan Premyer Liqasında çıxış edən klublar cərimələndi - Baku TV
- Qonaqların qapısına təyin olunan penalti qərarı olmamalı idi
- Premyer Liqa komandaları qış fasiləsinə yollandı - Baku TV
