Pleyeri seçin:

“Çelsi” - “Mançester Yunayted” matçında qol yağışı olub

05 aprel 2024 151 baxış

İngiltərə Premyer liqasında 31-ci turun mərkəzi matçı “Çelsi” və “Mançester Yunayted” arasında olub.

“Stemford Bric” arenasındakı görüşdə 7 qol vurulub.

Oyuna meydan sahibləri yaxşı başlayıblar. “Zadəganlar” əvvəlcə Qallaxer, bir qədər sonra isə Palmerin topları ilə 2-0 hesablı üstünlük qazanıblar. Ancaq “qırmızı şeytanlar” fasiləyədək tarazlığı bərpa ediblər. Qarnaço və Brunu Fernandeşin zərbələri dəqiq olub.

67-ci dəqiqədə isə dubl edən Qarnaço mankunianları irəli çıxarıb: 3-2. Lakin London təmsilçisi dönüş etməyi bacarıb. Əsas vaxta artırılan 10-cu dəqiqədə hesabı bərabərləşdirən Koul Palmer 1 dəqiqə sonra komandasının qələbə topunu vurub. “Çelsi” – “Mançester Yunayted”: 4-3. Bu nəticədən sonra 43 xal toplayan “Çelsi” 10-cu, 48 xalı olan “Yunayted” isə 6-cı yerdədir.

Digər matçda çempionluq mübarizəsinin iştirakçısı “Liverpul” “Şeffild Yunayted”i qəbul edib. 4 qolun qeydə alındığı oyunda “qırmızılar” Darvin Nunyez, Aleksis Mak Allister və Kodi Qakponun topları sayəsində 3-1 hesablı qalibiyyət əldə ediblər. Bu qələbə ilə xallarının sayını 70-ə çatdıran “Liverpul” yenidən liderliyə yüksəlib. Komanda 2-ci yerdəki “Arsenal”ı 2, 3-cü pillədəki “Mançester Siti”ni isə 3 xal qabaqlayır.

“Barselona” bu oyunçusu üçün hərəkətə keçdi - Baku TV

“Barselona” bu oyunçusu üçün hərəkətə keçdi - Baku TV

İdman
20 dekabr 2025 151 baxış
“Neftçi”nin ukraynalı baş məşqçisi Premyer Liqa tarixində onuncu oldu - Baku TV

“Neftçi”nin ukraynalı baş məşqçisi Premyer Liqa tarixində onuncu oldu - Baku TV

İdman
20 dekabr 2025 151 baxış
I turdan təxirə salınmış “Sabah”la oyunda Ağdam klubu 7000 AZN cərimə olunub

I turdan təxirə salınmış “Sabah”la oyunda Ağdam klubu 7000 AZN cərimə olunub

İdman
20 dekabr 2025 151 baxış
“Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin ikinci mövsümünün rəsmi açılışı - Baku TV

“Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin ikinci mövsümünün rəsmi açılışı - Baku TV

İdman
19 dekabr 2025 151 baxış
Futbolçu ilə klub arasında müqaviləyə xitam verilib

Futbolçu ilə klub arasında müqaviləyə xitam verilib

İdman
19 dekabr 2025 151 baxış
"Qarabağ"ın qapıçısı Plattlinq şəhərində əməliyyat olunub - Baku TV

"Qarabağ"ın qapıçısı Plattlinq şəhərində əməliyyat olunub - Baku TV

İdman
19 dekabr 2025 151 baxış
2026-cı il dünya çempionatı üçün rekord mükafat fondu açıqlandı - Baku TV

2026-cı il dünya çempionatı üçün rekord mükafat fondu açıqlandı - Baku TV

İdman
18 dekabr 2025 151 baxış
“Çelsi”nin yeni stadion tikmək istədiyi ərazinin dəyəri 750 milyon funta yüksəlib

“Çelsi”nin yeni stadion tikmək istədiyi ərazinin dəyəri 750 milyon funta yüksəlib

İdman
18 dekabr 2025 151 baxış
FIFA Qitələrarası Kubokunun qalibi müəyyənləşdi

FIFA Qitələrarası Kubokunun qalibi müəyyənləşdi

İdman
18 dekabr 2025 151 baxış
Bakının “Dünya İdman Paytaxtı” elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimi

Bakının “Dünya İdman Paytaxtı” elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimi

İdman
17 dekabr 2025 151 baxış
Seçilmişlər
icon