Pleyeri seçin:

Çempionlar liqası: 1/8 finalın cavab oyunları keçirilir

12 mart 2025 502 baxış

UEFA Çempionlar liqasında 1/4 finalın ilk iştirakçıları müəyyənləşib.

1/8 finalın birinci matçında səfərdə PSJ-ni 1-0 hesabı ilə məğlub edən “Liverpul” bu dəfə rəqibini “Enfild” arenasında qəbul edib.

Oyunun əsas vaxtında yalnız 1 qol vurulub. Usman Dembelenin 12-ci dəqiqədə fərqlənməsindən sonra ümumi hesab bərabərləşib: 1-1.

Əlavə vaxtda da qol olmadığından penalti zərbələri yerinə yetirilib. Burada isə parislilər daha dəqiq olublar. Nəticədə Fransa klubu adını növbəti mərhələyə yazdırıb.

“Benfika” ilə Portuqaliyada keçirilən ilk görüşdə azlıqda qalmasına baxmayaraq, 1-0 hesablı qələbə qazanan “Barselona” bu dəfə də qalib gəlib. İspaniyadakı qarşılaşmada “blauqrana”nın heyətində dubl edən Rafinya ilə yanaşı, Lamin Yamal qapını dəqiq nişan alıb. Qonaqların gücü yalnız Nikolas Otamendinin təsəlli topuna çatıb.

Almaniya nəhənglərinin mübarizəsində ilk oyunda olduğu kimi yenə “Bavariya” güclü olub. “Alyans Arena”da 3-0 hesablı qələbə qazanan “rekordmayster” “Bayer”in meydanında 2-0 hesablı qalibiyyət əldə edib. Komandanın qolları Harri Keyn və Alfonso Deyvisin aktivindədir.

Növbəti mərhələdə “Bavariya”nın rəqibi İnter olacaq. “Feyenoord”la Niderlanddakı matçda 2 cavabsız topla qələbəyə sevinən “neradzurri” bu dəfə də azarkeşlərini sevindirib. İtaliya komandasının qollarını Markus Türam və Hakan Çalhanoğlu vurublar.

İki oyunun yekununda 4-1 hesabı ilə güclü olan “İnter” 1/4 finalda “Bavariya” ilə ilk qarşılaşmasını səfərdə keçirəcək. Bu görüş aprelin 8-i Münxendə, cavab matçı isə aprelin 15-i Milanda təşkil olunacaq.

Banner
Azərbaycan karateçiləri qızıl medalları Zəfər Gününə həsr etdi - Baku TV

Azərbaycan karateçiləri qızıl medalları Zəfər Gününə həsr etdi - Baku TV

İdman
09 noyabr 2026 502 baxış
Harri Keyn "Qızıl top"u "Bayern"in muzeyinə vermək istəyir

Harri Keyn "Qızıl top"u "Bayern"in muzeyinə vermək istəyir

İdman
09 noyabr 2026 502 baxış
Futbol dünyasını sarsıdan hadisə | Braziliyalı oyunçu silahlı hücumda öldürüldü - Baku TV

Futbol dünyasını sarsıdan hadisə | Braziliyalı oyunçu silahlı hücumda öldürüldü - Baku TV

İdman
08 noyabr 2026 502 baxış
Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV

Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV

İdman
07 noyabr 2026 502 baxış
Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri

Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri

İdman
07 noyabr 2026 502 baxış
Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV

Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV

İdman
07 noyabr 2026 502 baxış
Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

İdman
06 noyabr 2026 502 baxış
Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

İdman
06 noyabr 2026 502 baxış
Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

İdman
06 noyabr 2026 502 baxış
Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

İdman
05 noyabr 2026 502 baxış
Seçilmişlər
icon