Çempionlar liqası: "Real" - "Borussiya" matçında 7 qol vuruldu
Yeniliklərdən dərhal xəbərdar olun
“Real Madrid” komandası Çempionlar liqasında növbəti əzmkar qələbəsini qazanıb.
Liqa mərhələsinin 3-cü turunda “Santyaqo Bernabeu” arenasında “Borussiya Dortmund”u qəbul edən “kral klubu” fasiləyə 0-2 hesabı ilə geridə yollanıb.
Qonaqların heyətində Doniyel Malen və Ceymi Bayno-Qittens fərqləniblər. Lakin “los blankos” 2-ci yarıda dönüş edə bilib. Əvvəlcə 1 saatın tamamında Antonio Rüdiger toplardan birinin əvəzini çıxıb. 2 dəqiqə sonra Vinisius tarazlığı bərpa edib: 2-2.
Bundan sonra da təzyiqi azaltmayan meydan sahibləri daha 3 qol vurublar. Het-trikini rəsmiləşdirən Vinisiusla yanaşı, Lukas Vaskes qapını dəqiq nişan alıb. “Real” – “Borussiya”: 5-2.
Bu qələbədən sonra 6 xalı olan “Real Madrid” Liqa mərhələsinin növbəti turunda “Milan”ı qəbul edəcək. “Borussiya” isə Dortmundda Avstriya təmsilçisi “Şturm Qrats”la üz-üzə gələcək.
#UEFA Çempionlar Liqası teqi istifadə olunub
- UEFA Çempionlar Liqasında IV tura yekun vuruldu | Yeni idman xəbərləri - Baku TV
- Kikboksinq üzrə dünya çempionatında həmyerlilərimizdən yüksək nəticə | İdman xəbərləri - Baku TV
- Norveç səfərində qələbə həyəcanı: Yüzlərlə azarkeş "Sabah"ın yanında - Baku TV
- Toni Kroos PSJ barədə danışdı
- “Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV
