Çempionlar liqasında 1/4 finalın ilk matçları yekunlaşıb
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Çempionlar liqasında 1/4 finalın ilk oyunlarına yekun vurulub.
Turnirin favoritlərindən “Barselona” komandası “Borussiya Dortmund”la matçda inamlı qələbə qazanıb.
“Blauqrana”nın meydanında keçirilən görüşdə hesabı 25-ci dəqiqədə Rafinya açıb.
2-ci yarıda da təzyiqi davam etdirən kataloniyalılar 48 və 66-cı dəqiqələrdə Robert Levandovskinin topları ilə fərqi artırıblar.
Qarşılaşmada son nöqtəni “Barsa”nın gənc ulduzu Lamin Yamal qoyub. “Barselona” ‒ “Borussiya Dortmund”: 4-0.
“Pari Sen-Jermen” və “Aston Villa” arasında matçda da 4 top qeydə alınıb. “Park de Prensdə”ki oyunda birmingemlilər Morqan Rocersin qolu ilə önə çıxsalar da, fasiləyədək Dezire Due bərabərliyi təmin edib: 1-1.
49-cu dəqiqədə parislilər önə keçiblər. Xviça Kvaratsxeliya PSJ-ni irəli çıxarıb. Əsas vaxta artırılan dəqiqələrdə isə Nunu Mendeş 3-cü topu İngiltərə təmsilçisinin qapısına göndərib.
Qarşılaşma Fransa nəhənginin 3-1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Çempionlar liqasında 1/4 finalın cavab matçları aprelin 15-i və 16-da təşkil olunacaq.
#UEFA Çempionlar Liqası teqi istifadə olunub
- UEFA Çempionlar Liqasında IV tura yekun vuruldu | Yeni idman xəbərləri - Baku TV
- Kikboksinq üzrə dünya çempionatında həmyerlilərimizdən yüksək nəticə | İdman xəbərləri - Baku TV
- Norveç səfərində qələbə həyəcanı: Yüzlərlə azarkeş "Sabah"ın yanında - Baku TV
- Toni Kroos PSJ barədə danışdı
- “Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV
