Çempionlar liqasında 1/4 finalın püşkatma mərasimi oldu
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Çempionlar Liqasında 2022/23-cü illər mövsümü üçün 1/4 final mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə yarışın son qalibi “Real Madrid” qeyri-sabit mövsüm keçirən “Çelsi”yə rəqib olub. 1/8 finalda “Portu”nu məğlub edən “İnter” Portuqaliya təmsilçisi “Benfika” ilə üz-üzə gələcək.
A Seriyasında çempionluğa əsas namizəd “Napoli” komandası İtaliyanın digər klubu “Milan”la qarşılaşacaq. Mərhələnin digər oyunları isə favoritlərdən “Mançester Siti” və “Bavariya” arasında baş tutacaq.
Qeyd edək ki, tədbirin davamında yarımfinalda hansı cütlərin qarşılaşacağı məlum olub. “Real”-“Çelsi” mübarizəsində güclü olan kollektiv növbəti mərhələdə “Mançester Siti”-“Bavariya” cütünün qalibi ilə üz-üzə gələcək. “Napoli” və “Milan” arasında yarımfinala adlayan komanda isə “İnter” və ya “Benfika”ya rəqib olacaq.
#UEFA Çempionlar Liqası teqi istifadə olunub
- Norveç səfərində qələbə həyəcanı: Yüzlərlə azarkeş "Sabah"ın yanında - Baku TV
- Toni Kroos PSJ barədə danışdı
- “Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV
- “Sabah” UEFA Çempionlar Liqasında “Borussiya”ya məğlub oldu | Yeni idman xəbərləri
- Sərnişinlərin nəzərinə | Metroda sizi hansı dəyişiklik gözləyir? - Baku TV CANLI
