Çempionlar liqasında kubokun növbəti sahibi bəlli oldu
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Çempionlar Liqasında 2023-2024-cü illər mövsümünün qalibi müəyyənləşib.
"Uembli" arenasında keçirilən matçda "Real Madrid" və "Borussiya Dortmund" klubları üz-üzə gəlib.
Görüşün ilk hissəsində qol qeydə alınmayıb. İkinci yarıda isə hücumlarını sürətləndirən "Kral klubu" hesabı açmağı bacarıb. 74-cü dəqiqədə Dani Karvahal hədəfi dəqiq nişan alıb. 83-cü dəqiqədə fərq 2-yə çatıb. Bu dəfə Vinisius Junior "sarı-qaralar"ın azarkeşlərini məyus edib. "Borussiya Dortmund" kollektivi son saniyələrə qədər mübarizə aparıb məğlubiyyətdən xilas olmağa çalışsa da, bu mümkün olmayıb.
Beləliklə, həlledici matçda 2-0 hesablı qələbə qazanan "Real Madrid" klubu 1 illik fasilədən sonra tarixində 15-ci dəfə Çempionlar Liqasının qalibi olub.
#UEFA Çempionlar Liqası teqi istifadə olunub
- UEFA Çempionlar Liqasında IV tura yekun vuruldu | Yeni idman xəbərləri - Baku TV
- Kikboksinq üzrə dünya çempionatında həmyerlilərimizdən yüksək nəticə | İdman xəbərləri - Baku TV
- Norveç səfərində qələbə həyəcanı: Yüzlərlə azarkeş "Sabah"ın yanında - Baku TV
- Toni Kroos PSJ barədə danışdı
- “Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV
