Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk görüşləri yekunlaşır
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün UEFA Çempionlar liqasında yarımfinalın 2-ci oyunu keçiriləcək.
1/4 finalda “Barselona”nı üstələyən PSJ Dortmundda “Borussiya”nın qonağı olacaq.
“Siqnal İduna Park” arenasında baş tutacaq görüşün start fiti saat 23-də veriləcək. Qarşılaşmanın baş hakimi isə ingiltərəli Entoni Teylor olacaq.
Bu matç ərəfəsində Bundesliqada “Leypsiq”in qonağı olan dortmundlular 1-4 hesabı ilə uduzublar. Liqa 1-in 31-ci turunda “Qavr”la 3-3 hesablı heç-heçə edən PSJ isə tarixində 12-ci dəfə Fransa çempionu olub.
Qeyd edək ki, bu matçda zədəli Rami Bensebaini, Sebastyan Aller və Doniyel Malen “Borussiya”ya kömək edə bilməyəcəklər. Mats Hummels və Yan Maatsenin meydana çıxması isə sual altındadır. Parislilərə gəldikdə, əsas itki zədəli Presnel Kimpembenin yoxluğudur.
#UEFA Çempionlar Liqası teqi istifadə olunub
- UEFA Çempionlar Liqasında IV tura yekun vuruldu | Yeni idman xəbərləri - Baku TV
- Kikboksinq üzrə dünya çempionatında həmyerlilərimizdən yüksək nəticə | İdman xəbərləri - Baku TV
- Norveç səfərində qələbə həyəcanı: Yüzlərlə azarkeş "Sabah"ın yanında - Baku TV
- Toni Kroos PSJ barədə danışdı
- “Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV
