Pleyeri seçin:
Cüdoçumuz Hidayət Heydərov karyerasında ilkə imza atıb
Ölkəmizin məşhur idmançılarından Hidayət Heydərov cüdo üzrə dünya çempionu olub.
O bu uğura Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan turnirdə nail olub.
Əbu-Dabidə keçirilən yarışda əvvəlcə Kosovo təmsilçisini məğlub edən Hidayət növbəti mərhələlərdə İspaniya, Braziliya və Almaniya nümayəndələrindən güclü olub. Həlledici görüşdə isə H.Heydərov yaponiyalı Tatsuki İşihara ilə üz-üzə gəlib. Finalı da qalib başa vuran idmançımız karyerasında ilk dəfə dünya çempionu olub.
Qeyd edək ki, daha əvvəl 3 dəfə dünya çempionatlarında bürünc mükafat əldə edən Hidayət Heydərov həm də 4 qat Avropa çempionudur. Dəfələrlə Böyük Dəbilqə və Qran-pri turnirlərini qazanan 26 yaşlı cüdoçu Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının da qalibidir.
Kopyalandı
#Cüdo teqi istifadə olunub
- Yay Deflimpiya Oyunlarında gümüş medal qazanan idmançımız Vətənə qayıdıb
- Şəhid qızı Ləman Niftəliyeva cüdo üzrə qızıl medal qazandı
- Cüdo üzrə Azərbaycan millisi Meksikada birinci yeri tutub
- Cüdoçularımız Qran-pridə 2 qızıl, 1 bürünc medal qazanıblar
- Avropa çempionatında qızıl medal qazanan Rəsul Əlizadə “Baku TV”yə açıqlama verdi
