Pleyeri seçin:

Daha 4 komanda Çempionlar liqasının 1/8 finalında

29 noyabr 2023 467 baxış

UEFA Çempionlar liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilir.

“San-Siro” stadionunda “Borussiya Dortmund”u qəbul edən “Milan” 6-cı dəqiqədə hesabı açmağa yaxın olsa da, Jiru penaltidən fərqlənə bilməyib. Çox keçmədən qonaqlar da 11 metrlik cərimə zərbəsi qazanıblar və Roys fürsəti qaçırmayıb.

“Rossoneri” fasiləyədək Çukvuezinin qolu ilə tarazlığı bərpa etsə də, dortmundlular 2-ci yarıda Bayno-Qittens və Adeyeminin topları ilə yekunda 3-1 hesabı ilə qalib gəliblər. Bu nəticədən sonra F qrupunda 10 xalı olan “Borussiya” 1/8 finala adlayıb.

Qrupun digər görüşündə PSJ “Nyukasl”la mübarizədə son saniyələrdə məğlubiyyətdən xilas olub. “Park de Prens”dəki oyunda “sağsağanlar” İsakın qolu ilə 24-cü dəqiqədə önə keçsələr də, qarşılaşmanın sonlarında Mbappe penaltidən hesabı bərabərləşdirə bilib. 5 turdan sonra 7 xalı olan “Pari Sen-Jermen” F qrupunda 2-ci yerdədir. Hərəyə 5 xalı olan “Nyukasl” və “Milan” isə 3-cü, 4-cü yerləri bölüşdürürlər.

Növbəti mərhələyə yüksələn daha bir kollektiv “Barselona” olub. “Portu”nu qəbul edən “blauqrana” Pepenin qolundan sonra hesabda geriyə düşsə də, Kanselo və Joao Felişin dəqiq zərbələri kataloniyalılara 2-1 hesablı qalibiyyət gətirib. Xallarının sayını 12-yə çatdıran “Barsa” H qrupunda lider olmaqla yanaşı, “pley-off”a yüksəlib.

İspaniyanın daha bir təmsilçisi “Atletiko” da adını 1/8 finala yazdırıb. Rotterdamda “Feyenoord”un qonağı olan madridlilər 2 avtoqol və Ermosonun topu sayəsində 3-1 hesablı qələbə qazanıblar.

E qrupunun digər görüşündə isə “Latsio” komandası “Seltik”i 2-0 hesabı ilə məğlub edib. İmmobilenin dublu ilə əlamətdar olan matçdan sonra “Latsio” da 1/8 finala vəsiqəni təmin edib. 3-cü yeri tutan “Feyenoord”un isə Avropa liqasında çıxış edəcəyi dəqiqləşib.

Azərbaycan təmsilçilərinin çıxışları ilə bağlı son məlumatlar təqdim olunub - Baku TV

Azərbaycan təmsilçilərinin çıxışları ilə bağlı son məlumatlar təqdim olunub - Baku TV

İdman
01 avqust 2026 467 baxış
Azərbaycanı Çempionlar Liqasında üç komanda təmsil edə bilər | Yeni idman xəbərləri - Baku TV

Azərbaycanı Çempionlar Liqasında üç komanda təmsil edə bilər | Yeni idman xəbərləri - Baku TV

İdman
31 iyul 2026 467 baxış
"İdmançılara zaman tanımalıyıq" | Olimpiya çempionundan maraqlı açıqlamalar - Baku TV

"İdmançılara zaman tanımalıyıq" | Olimpiya çempionundan maraqlı açıqlamalar - Baku TV

İdman
31 iyul 2026 467 baxış
“Bu sualları Hacı Əliyevə vermək daha düzgün olardı” | İdman jurnalisti - Baku TV

“Bu sualları Hacı Əliyevə vermək daha düzgün olardı” | İdman jurnalisti - Baku TV

İdman
31 iyul 2026 467 baxış
Sərbəst güləşçilərin çempionluq uğrunda yarışı davam edir - Baku TV

Sərbəst güləşçilərin çempionluq uğrunda yarışı davam edir - Baku TV

İdman
31 iyul 2026 467 baxış
Bakıda U17 dünya çempionatı davam edir | Əməkdaşımız son məlumatları çatdırdı - Baku TV

Bakıda U17 dünya çempionatı davam edir | Əməkdaşımız son məlumatları çatdırdı - Baku TV

İdman
31 iyul 2026 467 baxış
"Təbii ki, dünya çempionu olmaq istəyirdik, amma..." | Rafiq Hüseynovdan açıqlama - Baku TV

"Təbii ki, dünya çempionu olmaq istəyirdik, amma..." | Rafiq Hüseynovdan açıqlama - Baku TV

İdman
31 iyul 2026 467 baxış
Dünya Güləş Birliyinin vitse-prezidenti “Baku TV”yə mühüm açıqlamalar verdi - Baku TV

Dünya Güləş Birliyinin vitse-prezidenti “Baku TV”yə mühüm açıqlamalar verdi - Baku TV

İdman
31 iyul 2026 467 baxış
Mbappedən Zinəddin Zidanla bağlı maraqlı paylaşım | Yeni idman xəbərləri - Baku TV

Mbappedən Zinəddin Zidanla bağlı maraqlı paylaşım | Yeni idman xəbərləri - Baku TV

İdman
30 iyul 2026 467 baxış
Güləşçilərimiz Bakıdakı dünya çempionatında gücünü sınayır - Baku TV

Güləşçilərimiz Bakıdakı dünya çempionatında gücünü sınayır - Baku TV

İdman
30 iyul 2026 467 baxış
Seçilmişlər
icon