Pleyeri seçin:

Dünya çempionu adı uğrunda Tayson Fyuri və Oleksandr Usik qarşılaşıb

19 may 2024 885 baxış

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan boks gecəsində ağır çəkidə mütləq dünya çempionu müəyyənləşib.

Həlledici döyüşdə karyeraları ərzində uduzmayan iki idmançı – britaniyalı Tayson Fyuri və ukraynalı Oleksandr Usik üz-üzə gəliblər.

Gərgin keçən görüş ərzində O.Usik daha çox fəallıq nümayiş etdirib. Nəticədə ukraynalı dəri əlcək ustası 9-cu raundda rəqibini nokdauna salıb. Ancaq T.Fyuri döyüşü davam etdirə bilib. Bununla belə, 12 raund davam edən mübarizənin yekununda O.Usik hakimlərin qərarına əsasən qalib elan olunub.

Daha əvvəl Entoni Coşuanı məğlub edərək WBA, WBO və IBF versiyalarında kəmər qazanan ukraynalı idmançı WBC versiyasında da kəmərə yiyələnib.

Beləliklə, Oleksandr Usikin qələbəsi nəticəsində 25 illik fasilədən sonra ağır çəkidə boks üzrə mütləq dünya çempionunun adına aydınlıq gəlib. Sonuncu dəfə bu uğura 1999-cu ildə Evander Xolifildi məğlub edən Lennoks Lyuis nail olmuşdu.

Qeyd edək ki, Oleksandr Usik və Tayson Fyurinin döyüş üçün imzaladığı müqaviləyə əsasən, tərəflər arasında revanş görüşü nəzərdə tutulub. Sözügedən döyüş bu il oktyabrın 12-də təşkil olunacaq.

Banner
Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

İdman
06 noyabr 2026 885 baxış
Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

İdman
06 noyabr 2026 885 baxış
Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

İdman
06 noyabr 2026 885 baxış
Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

İdman
05 noyabr 2026 885 baxış
UEFA Çempionlar Liqasında IV tura yekun vuruldu | Yeni idman xəbərləri - Baku TV

UEFA Çempionlar Liqasında IV tura yekun vuruldu | Yeni idman xəbərləri - Baku TV

İdman
05 noyabr 2026 885 baxış
“Çox güclü hazırlaşmışıq” | Yanğınsöndürmə və xilasetmə idmanı üzrə Dünya Çempionatının açılışı

“Çox güclü hazırlaşmışıq” | Yanğınsöndürmə və xilasetmə idmanı üzrə Dünya Çempionatının açılışı

İdman
05 noyabr 2026 885 baxış
Kikboksinq üzrə dünya çempionatında həmyerlilərimizdən yüksək nəticə | İdman xəbərləri - Baku TV

Kikboksinq üzrə dünya çempionatında həmyerlilərimizdən yüksək nəticə | İdman xəbərləri - Baku TV

İdman
04 noyabr 2026 885 baxış
Rəqibinə uduzduğu üçün ağlayan Elcan Həsənov indi çempiondur

Rəqibinə uduzduğu üçün ağlayan Elcan Həsənov indi çempiondur

İdman
04 noyabr 2026 885 baxış
"Turan" ÇL-də səfərdə inamlı qələbə qazandı | Yeni idman xəbərləri

"Turan" ÇL-də səfərdə inamlı qələbə qazandı | Yeni idman xəbərləri

İdman
04 noyabr 2026 885 baxış
"O mənə motivasiya verdi" | 1 ildən sonra həm dünya, həm də Avropa çempionu olan Elcan Həsənov

"O mənə motivasiya verdi" | 1 ildən sonra həm dünya, həm də Avropa çempionu olan Elcan Həsənov

İdman
04 noyabr 2026 885 baxış
Seçilmişlər
icon