Pleyeri seçin:

Eduard Məmmədov və tələbələri dünya çempionatında tarixi uğura imza atıblar

26 noyabr 2023 637 baxış

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı Eduard Məmmədov, onun tələbələri, eləcə də Azərbaycan Kikboksinq Federasiyası WAKO versiyası üzrə dünya çempionatını parlaq nəticə ilə başa vurub.

Onlar Portuqaliyanın Albufeira şəhərində keçirilən yarışı 6-sı qızıl, 1-i gümüş və 6-sı bürünc olmaqla ümumən 13 medalla tamamlayıblar.

63 kq çəki dərəcəsində yer alan Eduard Məmmədov “Kick light” və “Light contact” versiyalarında bütün rəqiblərinə qalib gələrək 2 qızıl medal qazanıb.

Onun tələbələrindən, “Ağ canavar” ləqəbli Amin Quliyev də turnirdə qızıl medala yiyələnib. "Low kick" versiyasında 60 kq çəkidə çıxış edən Amin 18 yaşında böyüklər arasında dünya çempionu olub.

Eyni uğura "Low kick" versiyasında 54 kq çəkidə qüvvəsini sınayan Elvin Məmmədov da imza atıb. “Tayson” ləqəbli idmançı 17 yaşında böyüklər arasında dünya çempionu olub.

Eduard Məmmədovun daha bir tələbəsi Fərid Ağamoğlanov isə "Full Contact" versiyası üzrə 63,5 çəkidə bürünc medalın sahibi olub.

Eduard Məmmədov bu uğur münasibətilə Federasiyanın baş məşqçisi Elşən Abdulrəhmanova və məşqçi Telman Məhərrəmova, eləcə də vitse-prezident Ramal Aslanova təşəkkürünü bildirib.

Bundan başqa, Eduard Məmmədov Milli Məclis sədrinin müavini, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyevə və Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyevə də təşəkkür edib.

Bu uğur münasibətilə butün Azərbaycan xalqını təbrik edən Eduard Məmmədov qələbələrini şəhidlərimizə həsr edib.

Banner
U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

U-15 dünya çempionatı uşaq futboluna nə qazandırır?

İdman
26 oktyabr 2026 637 baxış
Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

Bakıda U-15 dünya çempionatı çərçivəsində dəstək aksiyası - Yeni idman xəbərləri - Baku TV

İdman
26 oktyabr 2026 637 baxış
Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

Azərbaycan millisi artıq 4-cü oyununu keçirib

İdman
26 oktyabr 2026 637 baxış
U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

U-15 dünya çempionatı və festivalı Azərbaycana nə qazandıracaq? - Baku TV

İdman
26 oktyabr 2026 637 baxış
"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

"Everton" klubu Markus Reşfordu transfer etmək istəyir

İdman
26 oktyabr 2026 637 baxış
Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

Bakıda U-15 turniri davam edir | Millinin 4-cü oyununda nə baş verdi? - Baku TV

İdman
26 oktyabr 2026 637 baxış
Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

Bakıda Bodibildinq və Fitnes üzrə Azərbaycan Çempionatına start verilib - Baku TV

İdman
26 oktyabr 2026 637 baxış
U-15 dünya çempionatında Azərbaycan yığması rəqibini məğlub edərək uğurlu çıxışını davam etdirir

U-15 dünya çempionatında Azərbaycan yığması rəqibini məğlub edərək uğurlu çıxışını davam etdirir

İdman
26 oktyabr 2026 637 baxış
AFFA prezidenti Hövsan Yarış Kompleksində yaradılan şəraitlə tanış olub - Baku TV

AFFA prezidenti Hövsan Yarış Kompleksində yaradılan şəraitlə tanış olub - Baku TV

İdman
26 oktyabr 2026 637 baxış
Canni İnfantino Bakıda keçirilən çempionatın təşkilinə görə təşəkkür edib - Baku TV

Canni İnfantino Bakıda keçirilən çempionatın təşkilinə görə təşəkkür edib - Baku TV

İdman
25 oktyabr 2026 637 baxış
Seçilmişlər
icon