Əliyar Ağayev “Bolonya” - “Monako” matçını idarə edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.
Bu barədə AFFA-nın rəsmi saytında məlumat verilib.
Ə.Ağayev Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Bolonya”– “Monako” oyununun baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Matçın VAR hakimləri isə Almaniyadan Paskal Müller və Kristian Dingert olacaq.
Qeyd edək ki, noyabrın 5-i Bolonya şəhərində yerləşən “Renato Dall-Ara” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:59-da başlayacaq. Xatırladaq ki, Əliyar Ağayev son olaraq Çempionlar Liqasının Liqa mərhələsinin II turu çərçivəsində “Şturm”– “Brügge” matçını idarə edib. Qarşılaşma “Brügge”nin 1-0 hesablı qələbəsi ilə bitib.
#UEFA Çempionlar Liqası teqi istifadə olunub
- UEFA Çempionlar Liqasında IV tura yekun vuruldu | Yeni idman xəbərləri - Baku TV
- Kikboksinq üzrə dünya çempionatında həmyerlilərimizdən yüksək nəticə | İdman xəbərləri - Baku TV
- Norveç səfərində qələbə həyəcanı: Yüzlərlə azarkeş "Sabah"ın yanında - Baku TV
- Toni Kroos PSJ barədə danışdı
- “Sabah” - “Borussiya” matçı necə yadda qaldı? | Yeni idman xəbərləri - Baku TV
