Pleyeri seçin:

Eşitmə məhdudiyyətli idmançı Coşqun Əliyev Deflimpiya Oyunlarında yaşadıqlarını bölüşdü - Baku TV

29 dekabr 2025 539 baxış

Eşitmə məhdudiyyətli idmançı Coşqun Əliyev Yaponiyada keçirilən Yay Deflimpiya Oyunlarında qazandığı təcrübə və yaşadıqları barədə Baku TV-yə danışıb.

İdmançı bildirib ki, Deflimpiya Oyunlarında iştirak onun üçün həm böyük sevinc, həm də əvəzolunmaz təcrübə olub.

“Oyunlarda iştirak edəndə çox sevinirdim. Müxtəlif idman növlərində mənim kimi eşitmə məhdudiyyətli bir çox idmançı iştirak edirdi. Bu mənim üçün böyük bir təcrübə idi. Buna görə də Azərbaycan Deflimpiya Komitəsinə təşəkkür edirəm”, – deyə Coşqun Əliyev vurğulayıb.

İdmançı ilk görüşündə koreyalı rəqiblə qarşılaşdığını və bu mərhələnin onun üçün olduqca çətin keçdiyini bildirib.

“İlk rəqibim fiziki cəhətdən çox güclü görünürdü. Özümü həqiqətən çətin vəziyyətdə hiss edirdim. Lakin onu məğlub etdikdən sonra içimdə böyük bir rahatlıq yarandı.

İkinci mərhələdə xorvatiyalı idmançı ilə qarşılaşdım və bu görüş mənim üçün daha asan keçdi. Üçüncü rəqibim isə niderlandlı idi, yaşca məndən böyük və fiziki cəhətdən daha güclü görünürdü. Onun qalib gəlmək şansı mənə nisbətən daha çox idi. Amma zamanımı və fəndlərimi düzgün istifadə edərək ona xal vermədim və qalib gəldim. Bu qələbə məni daha da sevindirdi.

Final görüşündə braziliyalı idmançı ilə qarşılaşdım. Onun beynəlxalq yarışlarda təcrübəsi və enerjisi daha yüksək idi. Texnikaya üstünlük verməyə çalışdım, amma o, müdafiəni demək olar ki, itirmirdi. Ani bir səhvim nəticəsində məğlub oldum və ikinci yerdə qərarlaşdım. Buna baxmayaraq, yenə də sevinirəm. Çünki bu yarışlarda yer tutmağı bacardım. Yarışdan əvvəl təlim-məşq toplanışlarında iştirak etməyimiz bu nəticəyə böyük təsir göstərdi”, – deyə C.Əliyev əlavə edib.

İdmançı qeyd edib ki, yarışlardan sonra ailəsi və yaxınları ilə sevincini bölüşüb və hazırda da mütəmadi olaraq məşqlərini davam etdirir.

Gələcək hədəflərindən danışan C.Əliyev bildirib ki, əsas məqsədi daha yüksək nəticələr əldə etməkdir: “Öncədən danışmaq istəmirəm, amma birinci yerə layiq olmaq üçün hər zaman çalışacağam”.

Banner
“Baku TV” arzusunu reallaşdıran güləşçidən müsahibə aldı | Yeni idman xəbərləri - Baku TV

“Baku TV” arzusunu reallaşdıran güləşçidən müsahibə aldı | Yeni idman xəbərləri - Baku TV

İdman
03 noyabr 2026 539 baxış
"Fənərbağça" Serjiu Konseysau ilə anlaşma əldə etdi | Yeni idman xəbərləri

"Fənərbağça" Serjiu Konseysau ilə anlaşma əldə etdi | Yeni idman xəbərləri

İdman
03 noyabr 2026 539 baxış
Norveç səfərində qələbə həyəcanı: Yüzlərlə azarkeş "Sabah"ın yanında - Baku TV

Norveç səfərində qələbə həyəcanı: Yüzlərlə azarkeş "Sabah"ın yanında - Baku TV

İdman
02 noyabr 2026 539 baxış
Hapkido idman növü üzrə Azərbaycan Çempionatına start verildi - Baku TV

Hapkido idman növü üzrə Azərbaycan Çempionatına start verildi - Baku TV

İdman
02 noyabr 2026 539 baxış
Cüdoçularımızın tatamidəki mübarizəsi 5 medalla nəticələnib - Baku TV

Cüdoçularımızın tatamidəki mübarizəsi 5 medalla nəticələnib - Baku TV

İdman
01 noyabr 2026 539 baxış
İslam Rəhimov ardıcıl ikinci dəfə Avropa çempionu oldu | Yeni idman xəbərləri - Baku TV

İslam Rəhimov ardıcıl ikinci dəfə Avropa çempionu oldu | Yeni idman xəbərləri - Baku TV

İdman
31 oktyabr 2026 539 baxış
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində bürünc medal qazandı | Yeni idman xəbərləri

Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində bürünc medal qazandı | Yeni idman xəbərləri

İdman
31 oktyabr 2026 539 baxış
FIFA U-15 oyunlarının son günündə gərgin mübarizə - Baku TV

FIFA U-15 oyunlarının son günündə gərgin mübarizə - Baku TV

İdman
30 oktyabr 2026 539 baxış
"Turan" Çempionlar Liqasında cavab oyununa çıxır - Baku TV

"Turan" Çempionlar Liqasında cavab oyununa çıxır - Baku TV

İdman
29 oktyabr 2026 539 baxış
Toni Kroos PSJ barədə danışdı

Toni Kroos PSJ barədə danışdı

İdman
29 oktyabr 2026 539 baxış
Seçilmişlər
icon