Pleyeri seçin:

Formula-1 Hindistana qayıtmaq üçün yenidən gündəmdədir

05 fevral 2026 451 baxış

Formula-1 Hindistanda sonuncu dəfə 2013-cü ildə keçirilmişdi. Həmin mövsümdə Sebastyan Fettel dördüncü dünya çempionluğunu qazanmışdı.

Hindistan hökuməti Formula-1-in Budh Beynəlxalq Trasına qayıtması üçün prosesi yenidən gündəmə gətirib. 2011-2013-cü illərdə ardıcıl üç mövsüm Formula-1 yarışlarına ev sahibliyi edən trasda keçirilən bütün Hindistan Qran-prilərini "Red Bull" pilotu Sebastyan Fettel qazanmışdı.

Əslində Hindistanla Formula-1 arasında 2011-ci ildən ən azı 2015-ci ilə qədər qüvvədə olmalı olan beşillik müqavilə imzalanmışdı. Lakin Uttar Pradeş hökuməti ilə yaranan vergi mübahisəsi səbəbindən 2013-cü il yarışları sonuncu oldu.

Hazırda hökumət tras sahiblərini obyektin iki-üç il müddətinə idman menecmenti şirkətinə verilməsinə razı salmağa çalışır. Məqsəd bu dövr ərzində Formula-1-in Hindistana dönüşünü təmin etməkdir. Bu addım daimi deyil, müvəqqəti mexanizm kimi nəzərdə tutulur.

"The Times of India" nəşrinin məlumatına görə, ötən həftə idman naziri Mansux Mandaviya Formula-1-in qayıdışı üçün konkret işlərin aparılmasını tapşırıb. Keçmişdə yarışlara mane olan vergi problemlərinin yaxın zamanda həll ediləcəyi də vurğulanıb.

Qeyd edək ki, Hindistan 2030-cu ilə qədər iri beynəlxalq idman yarışlarını ölkəyə qaytarmaq niyyətindədir. Bu strategiya 2030-cu ildə keçiriləcək Birlik Oyunları və 2036-cı il Olimpiya Oyunlarına ev sahibliyi etmək planları ilə də bağlıdır.

Françesko Totti peşəkar futbola qayıdacaq? - Yeni idman xəbərləri

Françesko Totti peşəkar futbola qayıdacaq? - Yeni idman xəbərləri

İdman
23 sentyabr 2026 451 baxış
İkardi karyerasını harada davam etdirəcək? | Yeni idman xəbərləri - Baku TV

İkardi karyerasını harada davam etdirəcək? | Yeni idman xəbərləri - Baku TV

İdman
23 sentyabr 2026 451 baxış
UEFA rəsmiləri Bakı Olimpiya Stadionuna baxış keçiriblər

UEFA rəsmiləri Bakı Olimpiya Stadionuna baxış keçiriblər

İdman
22 sentyabr 2026 451 baxış
Formula 1 üzrə Azərbaycan Qran-Prisinin təqvimi açıqlandı | Yeni idman xəbərləri - Baku TV

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin təqvimi açıqlandı | Yeni idman xəbərləri - Baku TV

İdman
22 sentyabr 2026 451 baxış
Madrid derbisində sensasiya: “Real” gözlənilmədən məğlub oldu - Baku TV

Madrid derbisində sensasiya: “Real” gözlənilmədən məğlub oldu - Baku TV

İdman
21 sentyabr 2026 451 baxış
Yamalın yeni rekordu futbol dünyasında böyük səs-küy yaratdı

Yamalın yeni rekordu futbol dünyasında böyük səs-küy yaratdı

İdman
21 sentyabr 2026 451 baxış
APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV

APL-in 6-cı turunun oyunları keçirildi | Yeni idman xəbərləri - Baku TV

İdman
20 sentyabr 2026 451 baxış
Bakıda yeni ritm: "Sky Padel" qapılarını açdı - Baku TV

Bakıda yeni ritm: "Sky Padel" qapılarını açdı - Baku TV

İdman
19 sentyabr 2026 451 baxış
"Arsenal" kimi heyətinə qatmaq istəyir? - Yeni idman xəbərləri - Baku TV

"Arsenal" kimi heyətinə qatmaq istəyir? - Yeni idman xəbərləri - Baku TV

İdman
18 sentyabr 2026 451 baxış
Bakıdakı dünya çempionatına 82 ölkə qeydiyyatdan keçib

Bakıdakı dünya çempionatına 82 ölkə qeydiyyatdan keçib

İdman
18 sentyabr 2026 451 baxış
Seçilmişlər
icon