Futbol üzrə Azərbaycan çempionatında qalib müəyyənləşib
Futbol üzrə Azərbaycan çempionatında cari mövsümün qalibi müəyyənləşib.
32-ci turda “Sabah”ın qonağı olan “Qarabağ” qarşılaşmanın yekununda vaxtından əvvəl titulu təmin edib.
“Bayquşlar”ın stadionunda keçirilən görüşdə hesab fasilə ərəfəsində açılıb. 42-ci dəqiqədə Redon Cica 11 metrlik cərimə zərbəsindən fərqlənib. İlk yarı “köhlən atlar”ın minimal üstünlüyü ilə yekunlaşıb.
Məğlubiyyətlə barışmaq istəməyən meydan sahibləri 2-ci hissədə təzyiqi artırıblar. Bu, 73-cü dəqiqədə nəticə verib. Boyan Letiç Ağdam təmsilçisinin qapısına yol tapıb.
Qalan vaxtda da qapılar önündə təhlükəli vəziyyətlər yaransa da, başqa qol olmayıb. Matç 1-1 hesabı ilə başa çatıb.
Bu nəticədən sonra “Qarabağ” ardıcıl 4-cü, ümumən isə 12-ci dəfə Premyer Liqada qələbə qazanıb.
Qeyd edək ki, çempionatda 11 oyundur uduzmayan “Qarabağ” növbəti turda “Sumqayıt”ı qəbul edəcək. Bu qarşılaşma mayın 4-ü təşkil olunacaq.
#Qarabağ FK teqi istifadə olunub
- I turdan təxirə salınmış “Sabah”la oyunda Ağdam klubu 7000 AZN cərimə olunub
- "Qarabağ"ın qapıçısı Plattlinq şəhərində əməliyyat olunub - Baku TV
- AFFA-dan bu klublarla bağlı qərar - Baku TV
- “Bu cür oyunlar nadir hallarda olur” | Qurban Qurbanov “Ayaks”la matçı dəyərləndirdi - Baku TV
- Ukrayna seçkilərə hazırdır? | “Qarabağ” - “Ayaks” matçı | Lavrovdan xəbərdarlıq - YENİ BİR SƏHƏR
