Pleyeri seçin:

Futbolumuzun əfsanəsi Tofiq Bəhramovun anadan olmasının 100-cü il dönümüdür

29 yanvar 2025 529 baxış

Yanvarın 29-u dünyaca məşhur azərbaycanlı futbol hakimi Tofiq Bəhramovun anadan olmasının 100-cü ildönümüdür.

1925-ci il yanvarın 29-da dünyaya göz açan Tofiq Bəhramov 1940-cı ildə futbolçu karyerasına start verib.

Bakının “Spartak” və “Neftçi” klublarında çıxış etdikdən sonra ayağından aldığı zədə nəticəsində fəaliyyətini ədalət təmsilçisi kimi davam etdirən Tofiq Bəhramov 1965-ci ildə beynəlxalq dərəcəli hakim adına yiyələnib.

O həm də keçmiş SSRİ tarixinə avrokubok matçını idarə edən ilk referi kimi düşüb. Belə ki, 1972-ci ildə İngiltərənin “Tottenhem” və “Vulverhempton” klubları arasında UEFA kubokunun ilk matçı azərbaycanlı referiyə həvalə olunmuşdu.

Onun adının bütün dünyada tanınmasına səbəb olan əsas hadisə isə heç şübhəsiz 1966-cı ildə İngiltərədə keçirilən mundialda baş verib. Əsas vaxtı 2-2 hesabı ilə bitən Almaniya və İngiltərə yığmaları arasında final görüşündə yan xətt hakimi olan Tofiq Bəhramov əlavə vaxtda Ceffri Hörstün zərbəsindən sonra yaranan mübahisəli epizodda topun qapı xəttini keçdiyini bəyan etmişdi. Həmin qarşılaşmanın yekununa əsasən 4-2 hesabı ilə qalib gələn İngiltərə seçməsi tarixində ilk dəfə dünya çempionu olmuşdu. Tofiq Bəhramov isə bu oyundan sonra “Qızıl fit” mükafatına layiq görülmüşdü.

Karyerasını bitirdikdən sonra AFFA-da hakimlərin sədri, daha sonra baş katib vəzifələrində çalışan Tofiq Bəhramovun 1993-cü il martın 26-da vəfat etməsindən sonra Bakıda yerləşən Respublika Stadionu onun şərəfinə adlandırılıb.

Banner
Azərbaycan karateçiləri qızıl medalları Zəfər Gününə həsr etdi - Baku TV

Azərbaycan karateçiləri qızıl medalları Zəfər Gününə həsr etdi - Baku TV

İdman
09 noyabr 2026 529 baxış
Harri Keyn "Qızıl top"u "Bayern"in muzeyinə vermək istəyir

Harri Keyn "Qızıl top"u "Bayern"in muzeyinə vermək istəyir

İdman
09 noyabr 2026 529 baxış
Futbol dünyasını sarsıdan hadisə | Braziliyalı oyunçu silahlı hücumda öldürüldü - Baku TV

Futbol dünyasını sarsıdan hadisə | Braziliyalı oyunçu silahlı hücumda öldürüldü - Baku TV

İdman
08 noyabr 2026 529 baxış
Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV

Toral Bayramov Türkiyədə avtoqol müəllifi oldu | Yeni idman xəbərləri - Baku TV

İdman
07 noyabr 2026 529 baxış
Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri

Viktor Osimhen zədə səbəbindən əməliyyat olunacaq | Yeni idman xəbərləri

İdman
07 noyabr 2026 529 baxış
Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV

Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV

İdman
07 noyabr 2026 529 baxış
Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV

İdman
06 noyabr 2026 529 baxış
Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

Jül Kunde "Atletiko" ilə görüşü də buraxacaq

İdman
06 noyabr 2026 529 baxış
Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV

İdman
06 noyabr 2026 529 baxış
Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri

İdman
05 noyabr 2026 529 baxış
Seçilmişlər
icon