Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov idmançıları təbrik edib
Yeniliklərdən dərhal xəbərdar olun
Güləş üzrə Avropa çempionatında 4-ü qızıl, 2-si gümüş və 7-si bürünc olmaqla 13 medal qazanan milli komandalarımızın üzvləri və məşqçilərlə görüş keçirilib.
Tədbirdə iştirak edən Güləş Federasiyasının prezidenti, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin möhtəşəm qələbə münasibətilə güləşçilərə təbriklərini çatdırıb, uğurların davamlı olmasını arzulayıb.
Qeyd olunub ki, dövlət başçısının diqqət və qayğısı ilə ölkəmizdə idmanın inkişafına hərtərəfli şərait yaradılıb. Bu isə idmançılarımıza, o cümlədən güləşçilərə yüksək nəticələrə nail olmağa böyük stimul verir.
Daha sonra Federasiyanın rəsmiləri və məşqçilər qitə çempionatı ilə bağlı təəssüratlarını bölüşüblər. Bildirilib ki, dövlət rəhbərliyi səviyyəsində güləşin inkişafına hərtərəfli dəstəyin göstərilməsi bu idman növünə marağın artmasına, eləcə də təmsilçilərimizin uğurlu çıxışlarına təkan verir.
#Mikayıl Cabbarov teqi istifadə olunub
- "SOCAR Kamboca ilə investisiya imkanlarını nəzərdən keçirməyə hazırdır" | Mikayıl Cabbarov - Baku TV
- Yeni proqram hasilatla yanaşı, xammalın ölkə daxilində emalını nəzərdə tutur - Baku TV
- Qeyri-neft-qaz sektorunun son illərdəki artım tempi diqqət mərkəzindədir - Baku TV
- ADA Universitetində beynəlxalq təcrübəyə əsaslanan “AZEMBA” proqramı təqdim olunub - Baku TV
- SOCAR Özbəkistanda yanacaqdoldurma məntəqələrinin tikintisinə investisiya yatıracaq - Baku TV
