Güləş yığmamız U-23 dünya çempionatında 5 medal qazandı
Yeniliklərdən dərhal xəbərdar olun
Albaniyada keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında idmançılarımız uğurla çıxış ediblər.
Tiranada təşkil olunan yarışda sərbəst güləşçilərimiz 2-si gümüş və 3-ü bürünc olmaqla ümumən 5 medal qazanıblar.
Pəhləvanlarımızdan 65 kq çəki dərəcəsində qüvvəsini sınayan Zirəddin Bayramov finala qədər irəliləsə də, burada rusiyalı İbrahim İbrahimova məğlub olaraq gümüş medalın sahibi olub.
79 kq çəkidə yarışan daha bir təmsilçimiz Əşrəf Aşırov da yalnız həlledici görüşdə uduzub. Rusiyalı Maqomed Maqomayevlə üz-üzə gələn Əşrəf 4-9 hesabı ilə məğlub olub. Daha 3 idmançımız – Kənan Heybətov, Abdulcəlil Şabanov və Vaxit Qalayev isə bürünc medal qazanıblar.
Bu nəticələrdən sonra 87 xal toplayan güləş yığmamız dünya çempionatını 3-cü pillədə tamamlayıb. 1-ci yeri 148 xalla ABŞ güləşçiləri tutublar. 2-ci pillədə isə 113 xalla Türkiyə komandası qərarlaşıb.
#Albaniya teqi istifadə olunub
- Albaniyada etirazçılar Baş nazirin dialoq təklifini qəbul etməyiblər
- Baş nazir tələbələri günahsız hesab edir
- Albaniyada davam edən tələbə etirazları fonunda Təhsil Nazirliyinin binası yandırılıb
- Tələbələrin etiraz aksiyası polislə qarşıdurma ilə müşayiət olunub
- Qafqaz Albaniyasının tarixi mövzusunda seminar keçirilib - Baku TV
