Pleyeri seçin:
Gürcüstanda 21 yaşlı boksçumuz çempion olub
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Soydaşımız Rahibə İsmayılova boks üzrə Gürcüstan çempionatının qalibi olub.
Batumidə keçirilən ölkə çempionatında 48 kq çəki dərəcəsi üzrə mübarizə aparan gənc idmançı bütün rəqiblərini böyük üstünlüklə məğlub edərək Gürcüstan çempionu olub.
Onu da bildirək ki, çempionata müxtəlif çəki dərəcəsi və iki yaş qrupu üzrə Gürcüstanın bütün bölgələrindən 150-dən çox idmançı qatılıb.
Öz çəki dərcəsində xanımlar arasında birinciliyi əldə edən 21 yaşlı çempion soydaşımız gələcək planlarından da danışıb: “8 ildir bu idman növü ilə məşğulam və hər gün dayanmadan məşq edirəm. Avropa və ya dünya çempionu olmağa çalışacağam”.
Kopyalandı
#İdman xəbərləri teqi istifadə olunub
- Sumqayıtda real aykido üzrə ustad dərsləri | Dövlət Bayrağı Gününə həsr olunan tədbir - Baku TV
- Azərbaycan UEFA reytinqindəki mövqeyini qoruyub saxladı - Baku TV
- Yeniyetmələr arasında ilk dünya çempionumuz olan karateçi və məşqçisi Baku TV-yə danışdı - Baku TV
- Fərid Qayıbov Monakoda təşkil olunan iclasda çıxış edib | Yeni idman xəbərləri
- UEFA Çempionlar Liqasında IV tura yekun vuruldu | Yeni idman xəbərləri - Baku TV
